İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.10.2017  11:27 

İqtisad Universitetində cinayət faktları - Şəmsəddin Hacıyev həbs olunacaq?





A+  A-

İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Aparılan araşdırma nəticəsindən asılı olaraq ayrı-ayrı şəxslərə qarşı cinayət işi açıla bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.

O qeyd edib ki, İqtisad Universitetində aparılan yoxlamalar nəticəsində cinayət faktları meydana çıxıb:

"Hesablama Palatası birbaşa bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokuroluğa müaraciət edib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq şəxsə görə yox, fakta görə cinayət işi qaldırılıb. Gələcəkdə bu cinayət işinə görə ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi istisna edilmir”.

Ə.Nuriyev bildirib ki, ilkin dövr üçün araşdırma aparılmalıdır:

"Konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır. Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada, nəticələrdən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kim məsuliyyətə cəld ediləcək, yaxud kimlər kənarda qalacaq, bu dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq”.

Qeyd edək ki, Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.

Xəbər 1185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +