Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


29.06.2017  22:28 

Sağlamlıq imkanları məhdud şəxslərlə maarifləndirci görüş keçirilib





A+  A-

İyunun 29-da “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşlarla hüquqi -maarifləndirici görüş keçirilmişdir.
XəzərNews.az xəbər verir ki, görüşü təşkilatın rəhbəri Səməd Vəkilov açaraq bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi xidmətlərin təşkil edilir.
Eyni zamanda həssas sosial yonümlü 5 QHT ilə əməkdaşlıqda belə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur ki, bu görüşlərin də birincisi “GülSam Əlillərin Reablitasiyası” İctimai Birliyi ilə əməkdaşlıqda sağlamlıq imkanları məhdud şəxslərlə keçirilir.
“GülSam Əlillərin Reablitasiyası” İctimai Birliyinin sədri Gülnarə Səlimova da bu görüşün rəhbərlik etdiyi təşkilatla əməkdaşlıqda keçirildiyi üçün Müvəkkil Hüquq Mərkəzinə təşəkkürünü bildirib və QHT-lər arasında layihələr çərçivəsində əməkdaşlığı yüksək qiymətlənirdi.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova da bu kimi layihələrin vətəndaşların problemlərinin həllində mühüm rol oynadığını bildirərək görüş iştirakçılarına aktiv olmalarını və onları narahat edən hüquqi məsələlər ilə bağlı suallar verməyə çağırdı.
Daha sonra layihə rəhbəri Səməd Vəkilov sağlamlıq imkanları məhdud vətəndaşlar üçün qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi.
Görüşdə mənzil problemləri, sosial müavinət, müəyyən proseduralar ilə bağlı elektron müraciətlərin hazırlanması və digər məsəllər ilə bağlı görüş iştirakçılarının sualları cavabladırıldı.
Görüş iştirakçılarından 3 nəfəri üçün isə vaxt təyin edilərək növbəti həftədə əlavə hüquq yardımın göstərilməsi qərara alındı.






Xəbər 747 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +