Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


23.06.2017  12:57 

Paytaxtda aksiz markasız içkilərin satışı aşkar edildi





A+  A-

Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.
Bu barədə XəzərNews.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 45 ünvanında yerləşən “Şərab evində” keçirilən vergi nəzarəti tədbiri zamanı, özünü obyektin sahibi kimi təqdim edən Xəlilov Eldar İsa oğlunun qeyri-qanuni olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının saxlanılması və satışının həyata keçirilməsini təşkil etdiyi aşkar edilib. Sözügedən ünvanda aparılan baxış zamanı aşkar edilmiş xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilər və tütün məmulatları götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün müvafiq sənədlər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Həmçinin bildirilir ki, 2017-ci ilin ötən müddəti ərzində aksiz markası olmadan xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan məhsulların satışını həyata keçirən vergi ödəyicilərinin aşkar edilməsi üzrə Bakı şəhəri, Tbilisi prospektində yerləşən vergi ödəyicisi Məmmədov Osman Akif oğluna məxsus “Kübar market”də və Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus “Şərab evi №1”də, Nəsimi və Nizami rayonları ərazisində fəaliyyət göstərən Tağıyev Ramil Rafiq oğlu, Gülmalıyeva Könül Gülalı qızı və Abbasov Elşad Telman oğluna məxsus siqaret satışı ilə məşğul olan 3 köşkdə, Xanadanova Turac Hətəm qızı və Məmmədov Natiq Əzizulla oğluna məxsus “Elbrus şərab evləri” şəbəkəsində, Sumqayıt şəhərində yerləşən Rəhimov Ramiz Əliəsgər oğluna məxsus “Soyuz peçat” mağazasında və digər obyektlərdə çoxlu sayda analoji hallar aşkar edilərək, qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə, respublika üzrə 2017-ci il ərzində aksiz markaları ilə markalanmalı olan malların, markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə yerli vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi haqqında 364 qərar çıxarılıb, 349 obyektdə nəzarət tədbiri həyata keçirib, bunlardan 265-də vergi ödəyiciləri tərəfindən 33 439,4 manat miqdarında aksiz markası olmadan malların satışının həyata keçirildiyi aşkar edilərək, nəticələri müvafiq akt və protokollarla rəsmiləşdirilməklə inzibati xəta tərkibi yaradan materiallar baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəmələrinə, cinayət tərkibi yaradan materiallar isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Vergilər Nazirliyi saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə bağlı nəzarət tədbirlərini davam etdirir, nöqsan aşkar edilən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək.

Xəbər 1150 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +