İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.05.2017  10:28 

Erməni Azərbaycan vətəndaşlığı istəyir





A+  A-

Erməni əsilli şəxs Azərbaycan vətəndaşlığına qəbul olunması üçün 2 ildir ölkənin məhkəmə sisteminə davamlı müraciətlər edir.
Məlumata görə, atası azərbaycanlı olan Qazaryan Eduard Tapdıqoviç 2015-ci ildə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Xəzər Rayon Polis İdarəsi və Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldırıb.

O, RPİ-dən şəxsiyyət vəsiqəsi verilməsini, məhkəmədən isə Miqrasiya Xidmətinin onun vətəndaş sayılmaması barəsində verdiyi arayışın qanunsuz hesab edilməsini istəyib. Məhkəmə onun iddialarını mümkünsüz hesab edib. O, qərardan şikayət etsə də, apelyasiya instansiyasında qərar qüvvədə saxlanılıb.

E.Qazaryan növbəti dəfə 2016-cı ildə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bu iddiasında yalnız Dövlət Miqrasiya Xidmətini cavabdeh şəxs kimi prosesə cəlb edib. O, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiasını irəli sürüb. Bu dəfə də aşağı instansiya məhkəməsi iddianı rədd edib. Erməni əsilli şəxs qərardan apellyasiya şikayəti versə də, hakim Ülvi Mayılov qərardadı dəyişməyib.

Qazaryan Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti belə verib. Ali Məhkəmə işi yenidən alt instansiya məhkəməsinə qaytarıb.

Hazırda iş üzrə proses hakim Həmid Həmidovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində davam etdirilir. Növbəti iclas mayın 25-də keçiriləcək.

(qafqazinfo.az)

Xəbər 864 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +