Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


04.05.2017  11:25 

“Ağzından bir şapalaq vurardılar ki...” - Deputat Turan İbrahimov haqda





A+  A-

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun proqramının qapadılması haqda suallara cavab verib.
XəzərNews.az millət vəkilinin "Yeni Müsavat”a verdiyi müsahibədə sözügedən mövzu ilə bağlı hissəni təqdim edir:

- Arif müəllim, bugünlərdə şayiələr yayılıb ki, Turan İbrahimovun təqdim etdiyi "ATV səhər” verilişi sizinlə bağlı tənqidi fikirlərinə görə qapadılıb. Deyilənlər doğrudurmu?

- (Gülür) Verilişi o videosujetə görə bağlasaydılar, elə onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin. O, 10 gün danışdı orda. Ola bilsin onun da bir təsiri olub. O mənada ki, bu ağzına gələni danışırdı. Bəlkə təsiri olub, bir-bir yığılıb, o həddə çatanda bunu başa salıblar.

- Sizin telekanal rəhbərliyinə, yaxud MTRŞ-yə şikayətiniz olmuşdu?

- Yox, yox. Mənim şikayətim olmamışdı. Siz də əvvəlki müsahibədə mənə təklif etmişdiniz ki, biz görüşək. O kimdir axı, mən onunla görüşəm, onun haqqında danışam?

- 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. Ümumiyyətlə, sizin hansısa bir verilişin bağlanması, yaxud bir jurnalistin susdurulmasına münasibətiniz necədir?

- (Pauzadan sonra) Vallah jurnalist də gərək səviyyəli bir adam olsun da... İndi hər adamı jurnalist eləmək olmaz axı. Çıxır orda danışır. Nə bunun xarici görünüşünə, nə davranışına, nə savadına görə... Hesab edirəm ki, ona layiq adam idi.

- Jurnalist özü sizə müraciət edib polemika aparmaq istədimi?

- Yox, nə müraciət? O hesab edir ki, hər şeyi düz deyir.

- Arif müəllim, bu arada Azərbaycan jurnalistlərini təhqir edən rus diplomatı Mariya Zaxarova barədə də soruşmaq istəyirəm. Siz onun dediklərinə hansısa formada etiraz etdinizmi, yaxud Rusiyadakı dairələrə sözünüzü dedinizmi?

- Sözün doğrusu, mənim Zaxarovanın təhqir etməsindən heç xəbərim də yoxdur. O məsələ ilə Əli müəllim (Hüseynli) məşğul olur. Bu dəqiqə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna o rəhbərlik edir.

Mən yalnız Parlament Assambleyasında fəaliyyət göstərirəm, orada komissiya sədriyəm. Ümumiyyətlə, sözün doğrusu, mən bu məsələlərə çox müdaxilə etmirəm. Heç bu məsələdən xəbərim də yoxdur. İndi bu barədə sizdən eşidirəm.


Xəbər 1378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +