Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.04.2017  18:46 

“Həmin şəxslərin cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir“ - Prezident





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.
XəzərNews.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi soyqırımı problemlərinə dair Azərbaycanda keçirilən növbəti elmi konfransda səmimi qəlbdən salamlayıram.
Mürəkkəb geosiyasi proseslərin getdiyi indiki vaxtda sülh və sabitliyin təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur.
Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq Azərbaycan dövlətinə sədaqəti, xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığı ilə həmişə qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş, bu yolda çoxsaylı şəhidlər vermişlər.
Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını tarixi yaddaşında yaşadan xalqımız bu ilin fevral ayında müasir dövrün ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımda birbaşa əli olan şəxslərin hələ də beynəlxalq hüquqi normalara uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi önünə çıxarılmasına nail olmaq üçün tarixi gerçəkliyin geniş elmi araşdırılması və nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. İnanıram ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi, acı həqiqətlərin müfəssəl şəkildə işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni nailiyyətlər arzulayıram".

Xəbər 805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +