Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


09.04.2017  15:32 

Bakıda ŞOK HADİSƏ - Deputat oğlu şagirdlərin gözü önündə direktoru döydü





A+  A-

Aprelin 6-da Bakıdakı uşaq tədris mərkəzlərinin birində xoşagəlməz hadisə yaşanıb.
Xural.com-un xəbərinə görə bu haqda mərkəzdə məşğul olan uşaqlardan birinin valideyni məlumat verib. Bildirilir ki, mərkəzə gələn İlmir İsmayılov adlı şəxs sözügedən mərkəzin rəhbəri, iki uşaq anası olan həyat yoldaşını hamının gözü qarşısında təhqir edərək döyüb.

Bu azmış kimi Mərkəzin işçilərini də hədə-qorxu gələrək təhqir edib. Başından ağır zərbələr alan qadın dərhal Təcili Tibbi Yardımın vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Qeyd edək ki, bu haqda sosial şəbəkədə də məlumatlar verilib. Valideynlərdən birinin sosial şəbəkədə yazdıqlarına görə, övladını götürməyə gələn Ə.İ. adlı qadın və övladı bundan sarsıntı keçirib. Belə ki, İ.İsmayılovun bağırtısından mərkəzdə dərs keçən digər uşaqların qorxduğunu və bir müddət vahimə içərisində qaldıqlarını yazan qadın hadisədən özünün də şok keçirdiyini yazıb: "Elə bil ki, Tədris Mərkəsində yox, hansısa serialdaydıq. İ.İsmayılov həyat yoldaşı olan direktoru uşaqların gözü önündə təpikləyir, saçlarını yolur, başına yumruqlar vurur və etik çərçivələrə sığmayan ifadələrlə təhqir edirdi. Buna təpki göstərən valideynləri də təhqir etdi. Ürəyi soyumadı, valideynlərin hadisə yerinə çağırdığı sahə müvəkkilini də saya salmadı. Sahə müvəkkili belə İ.İsmayılovu sakitləşdirə bilmədi. Elə polisin yanındaca hədə-qorxularını, təhqir və söyüşlərini davam etdirdi. Elə hey deyirdi ki, mənim kim olduğumu biləcəksiniz. Gör başınıza nə oyun açacam”.

Valideynlərin verdiyi məlumata görə, bu hadisə mərkəzdə dəfələrlə baş versə də, döyülən mərkəz direktoru uşaqlarına görə şikayətçi olmayıb.

Mərəzdə azyaşlı uşaqların gözü qarşısında qoçuluq edib, at oynadan İ.İsmayılov millət vəkili İmamverdi İsmayılovun oğludur. Millət vəkilinin gəlini ailəsində uzun müddət həyat yoldaşı tərəfindən şiddət gördüyü üçün hələ 2 ay əvvəl uşaqları ilə bərabər ata evinə köçüb. Bundan əsəbiləşən İ.İsmayılov isə dəfələrlə həyat yoldaşına onu məhv edəcəyi barədə sms-lər göndərərək təhdid edib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ötən gün millət vəkili ilə telefon əlaqəsi yaratsaq da, zəngimizə cavab verən olmadı.
Qeyd edək ki, hazırda Təcili Tibbi Yardım Xidmətinin müraciəti əsasında Nəsimi rayonu Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır.

XəzərNews.az BakPost.az-a istinadən xatırladır ki, İlkin İsmayılov ötən ilin yanvarında Qubada yerləşən "Retro" istirahət mərkəzində baş vermiş səs-küylü qətl işiylə bağlı gündəmə gəlmişdi. Həmin vaxt mətbuat öldürülən Könül Zalovanın deputat oğluyla əlaqələrindən yazır, qətildə onun adı hallanırırdı.


Xəbər 1246 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +