Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.04.2017  12:04 

Baramaçılıq sahəsində dönüş olacaq





A+  A-

Ötən ilin sonlarında prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilsin. Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sərəncamdan sonra Şəkidə hansı işlər görülməkdədir? Eyni zamand, bu sərəncamın icra edilməsi ipəkçilik sahəsində hansı irəliləyişlərə səbəb olacaq?

XəzərNews.az bildirir ki, Modern.az saytı ipəkçilik sahəsində aparılan yenilikləri öyrənməyə çalışıb.

Milli Məclisin deputatı Əli Məslimlinin sözlərinə görə, bu istiqamətdə tut bağlarının istehsalı genişlənsə,bu il daha çox barama istehsal etmək olar.
“Tut bağlarının miqyası genişlənsə, bu il daha çox barama istehsal etmək olar və ipəklə bağlı əsas sexlər ilboyu olmasa da, 6-7 ay işləyə bilər. Bu sahəyə tətbiq edilən stimullaşdırıcı tədbirlərdən sonra yaxın illərdə barama istehsalını ötən ilki göstəricidən 3-4 dəfə yüksəyə qaldırıb “Şəki İpək”ASC-in fasiləsiz işləməsini təmin etmək olar”.
Deputat bildirib ki, ötən il müəssisə 71 ton yaş barama istehsal edib.
“1 il fasilədən sonra 2016-cı ildə “Şəki İpək”ASC-də ipək istehsalı bərpa edilib. Ötən il bu müəssisə respublikanın müxtəlif rayonlarından 71 ton yaş barama tədarük edib. Tədarük edilən yaş baramanın 9700 kq və ya 14 faizi Şəki rayonunun payına düşür. Tədarük edilmiş yaş barama təxminən 4 ay müddətində “Şəki İpək”ASC əsas sexlərində istehsal prosesini təşkil etməyə imkan verdi. 490 nəfər işlə təmin olundu.İstehsal olunan barama “Şəki İpək”ASC-in ilboyu işləməsi üçün yetərli olmadığından, ipək istehsalı ilə bağlı olan şöbələr qismən fəaliyyət göstərir. Orta aylıq əmək haqqı təxminən 280 manat təşkil edir. 50 min ədədə yaxın tut tingi Şəki, Qax və Zaqatala rayonlarının İcra hakimiyyətlərinə əvəzsiz təhvil verilib”.

“Şəki İpək” ASC-nin maliyyə direktoru Müzəffər Umarov da ölkə başçısının sərəncamını yüksək qiymətləndirərək deyib ki, məhsullar xarici bazarlarda daha çox satılır.
“Sərəncamdan sonra qazanxana təsərrüfatının daha da yaxşılaşdırılması ilə bağlı işlər görülür. Həmçinin, aprel ayında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprel ayında barama qurdu toxumu gətirilir. Bu il də gətiriləndən sonra əsas xammal olan barama sahəsi öz işinə başlayacaq. Bu sahə ilə bağlı dövlət başçısı tərəfindən sərəncamın imzalanması iş prosesi müsbət təsir göstərir. Bu sahəni inkişaf etdirməliyik. Məhsullarımız əsasən ixrac potensialına malikdir. Daxili bazarda məhsullarımızın satışını çox az həyata keçiririk”.

Xəbər 1590 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +