Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


01.04.2017  18:54 

Deputat köçkün evinin sökülməsinə ETİRAZ ETDİ





A+  A-

Kəlbəcərdən olan məcburi köçkün Akif İsgəndərovun 2009-cu ildə Göygöl rayonunun Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra hakimiyyəti ilə bələdiyyə arasındakı problemə görə sökülür. Evi boşaltmaq üçün məcburi köçkünə 2 gün vaxt verilib. Aprelin 3-də evin söküləcəyi bildirilib.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov məcburi köçkünə arxa çıxıb:

“Mən tək deputat yox, eyni zamanda bir vətəndaş kimi hesab edirəm ki, qanun hər məqamda alidir. Ancaq o ev artıq tikilibsə, onu tikən məcburi köçkündürsə və torpağından didərgin düşübsə, çörək pulu, təqaüd ümidinə yaşayan adamdırsa, bu, nəzərə alınmalıdır.
Erməni onun evini bir dəfə dağıdıbsa, bu halı ona bir də biz yaşatmamalıyıq. Onun zülmlə tikdiyi evdən zorla çıxarılması, evin sökülməsi düzgün deyil. Burada qanundan çox insanpərvərliyi, humanistliyi ortaya qoymaq lazımdır”.

E.Məmmədov bildirib ki, bu məqamda humanistlik nümayiş etdirilməlidir:
“Nə olar ki, o məcburi köçkünə yol göstərilsin, vaxt verilsin, sənədləri qaydasında deyilsə, sənədlərini düzəltsin və s. Mən məsələnin bu cür həll olunmasının tərəfdarıyam. Kimliyindən asılı olmayaraq insanın komasını uçurmaq, ilin-günün bu vaxtı onu evsiz qoymaq insanlığa sığımır.
Mən hesab edirəm ki, qarşı tərəf qanunun qorunması ilə yanaşı insanpərvərlik nümayiş etdirəcək. Bir dəfə ermənin dağıtdığı, vətəndaşın ilin-günün bu vaxtı zülmlə tikdiyi evin yenidən dağıdılmasının tərəfdarı deyiləm. Cənab prezidentimiz də hər zaman məmurlara, səlahiyyət sahiblərinə humanistlik mövqeyindən çıxış etməyin vacibliyini diqqətə çatdırır”.

Kəlbəcərli məcburi köçkün A.İsgəndərov “BakiPost.az"a bildirib ki, 2009-cu ildə ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq alıb:

“Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq. İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.

Zərərçəkənin sözlərinə görə, icra nümayəndələri aprelin 3-nə kimi evdən çıxmaları üçün onlara vaxt qoyub:

"Problem yaranandan sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxartdı ki, ev sökülməsin. Amma sonradan onlar Ali Məhkəməyə verdilər. Təzyiqlər nəticəsində məhkəmə onların xeyrinə qərar çıxartdı. İcra işçiləri mənə 2 gün vaxt qoyublar. Deyirlər çıxmasan da evi sökəcəyik. Aprelin 3-ü sonuncu gündür.

Mən də orada yüz əziyyət hesabına ev tikmişəm. Niyə sökürlər? Hətta mənə sığınacaq belə vermirlər. 2 körpə uşaqla ailəmi çölə atırlar. İcra işçilərinin də əlində məhkəmənin qərarı var. Ona görə də evi sökməyə ixtiyarları var. İcra başçısı və bələdiyyə isə heç bir tədbir görmür.
Əgər belə idisə, niyə mənə vaxtında icazə verirdilər evi tikməyə? Qonşuluqda o qədər sənədsiz ev tikənlər var. Onların evləri sökülmür. Amma mənim evimi sökürlər. Niyə sökdüklərini də demirlər. Bir ailəni çöldə qoymaq bu qədər asandır?”

A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib.

Xəbər 2061 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +