Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


30.03.2017  10:48 

DYP-də şok dələduzluq: “sərxoş” sürücüyə avtomobil etibar edilər və… – TƏFSİLAT





A+  A-



Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) özbaşınalıq və qanunsuzluqların baş alıb getməsi adi şəkil alıb. Artıq iş o həddə çatıb ki, idarənin ayrı-ayrı şöbələrinin başında duran şəxslər özbaşına şəkildə reydlər keçirərək, pul qazanmağın asan yollarını tapıblar. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı isə üzə çıxan çox ilginc məqam sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin statistikası ilə bağlı olub. Araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlmək mümkündür ki, BŞDYPİ-də sözün həqiqi mənasında “sərxoş sürücü” biznesi mövcuddur və ortada külli miqdarda pulun qazanılmasının asan yolu diqqəti çəkir.
Qeyd edək ki, son dövrlər Bakıda içkli vəziyyətdə avtomobili idarə edən sürücülərin müəyyən edilməsi üçün mütəmadi olaraq reydlər keçirilir. Birmənalı olaraq bildirək ki, belə reydlərin keçirilməsi təqdir olunandır və mütləq reallaşmalıdır. Çünki ayıq olmayan sürücünün dəhşətli qəzalar törədə biləcəyi istisna deyil və əksər yol qəzalarının da səbəbi olaraq belə vəziyyətlər xüsusi diqqət çəkir. Lakin bu reydlər pul qazanmaq vasitəsi olaraq reallaşdırılmamaq şərtiylə. Baş vermiş qanunsuzluqla bağlı vətəndaşın şikayətində əks olunan detallarını diqqətinizə çatdıraq.
Azərbaycan Respublikası DİN BDYP İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynaolova ünvanladığı şikayətin surətini redaksiyamıza göndərən Bərdə rayon sakini Arif Səfərəliyev üzləşdiyi ilginc olaydan bəhs edir. Belə ki, bu il yanvar ayının 19-da səhər saat 10-11 radələrində A.Səfərəliyev idarə etdiyi 09 BX 090 dövlət nömrə nişanlı avtomobili Bakı Beynəlxalq Avtovağzalından 20 yanvar istiqamətinə hərəkət edərkən 90 YP 680 dövlət nömrə nişanlı DYP maşını tərəfindən saxlanılıb. Vətəndaşa yaxınlaşan Nəsibov soyadlı DYP əməkdaşı ilk əvvəl sürücünü qoşa xətt üzərindən keçməkdə itiiham edib. A.Səfərəliyev bununla bağlı qayda pozuntusu na yol verdiyini etiraf edir və cərimənin ünvana göndərilməsini istəyir. Ancaq görünür vətəndaşın bu qanuni istəyi cənab Nəsibovun xoşuna gəlmir və sürücünün sənədlərini alaraq ona sərxoş olduğunu bildirir. Beləcə avtomobil DYP-nin Xırdalandakı cərimə meydancasına gətirilir, sürücü isə Nəsibov tərəfindən tibb məntəqəsinə aparılaraq yoxlanılır. Burda DYP əməkdaşının ciddi cəhdlərinə, canfəşanlığına rəğmən sürücünün sərxoş olmadığı üzə çıxır. Bundan sonra Nəsibov sürücüylə birgə Xırdalandakı Ekologiya postuna gələrək burda digər DYP əməkdaşına “Ariflə birgə gedin maşını cərimə meydançasından götürün” deyir. A.Səfərəliyev cərimə meydançasına gəlir, burda ona çek verirlər və sürücü özü avtomobilini idarə edərək (bu məqam xüsusi olaraq diqqətdə saxlanmalıdı-red.) cərimə meydançasından çıxır. A.Səfərəliyev atasın hələ səhər xəstəxanadan çıxarmalı olduğu, xeyli yubanmasına görə tələsdiyindən cərimə meydançasında ona verilən çekə diqqət etmədiyi bildirir: “Düşündüm ki, qoşa xəttin üzərindən keçdiyimə görə cərimə yazılıb”. DYP əməkdaşının açıq aşkar dələduzluğuna qurban gedən sürücü yYalnız həmin günüb ikinci yarısında çekə baxarkən ona inzibati xətalar məcəlləsinin 333.1 maddəsinə əsasən sərxoş halda avtomobil idarə etdiyinə görə 400 manat cərimə yazıldığını anlayır. A.Səfərəliyev dərhal DYP-nin 902 qaynar xəttinə zəng edərək olay haqda məlumat verir, ona rayonda dərhal tibbi müayinədə müayinədən keçir və spirtli içki qəbul etməməsi haqda 59 saylı rəy alır.
Bütün bunlara rəğmən Arif Səfərəliyev hələ də öz haqqını bərpa edə bilməyib və BŞDYPİ-nin Nəsibov soyadlı əməkdaşının dələduzluğundan yaranan qanunsuzluq ortadan qalxmayıb. Amma fakt yumruq kimidir, onu qulaqardına vurmaq olmaz: “Sərxoş” elan edilən sürücü cərimə meydancasından maşını özü idarə edərək çıxmasından tutmuş, Bakıdan Bərdəyədək yol getməsi təhlükəsizlik kameralarında öz əksini saxlayır…
Mövzunu davam etdirəcəyik…

(cumhuriyyet.az)

Xəbər 1302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +