Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


23.02.2017  13:47 

Bu yollar bağlanır - Yol polisindən xəbərdarlıq





A+  A-

Bakıda fevralın 26-da “Xocalı soyqırımı”nın 25-ci ildönümü ilə bağlı keçiriləcək yürüşlə bağlı paytaxtın bəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, izdihamlı yürüş tədbirinin rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün şəhərin Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Faciənin ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən irəliləyərək Azadlıq meydanından keçərək Yusif Səfərov küçəsi ilə Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi ətrafında dövrə edərək, eyni marşrutla 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.

Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Yəni, Bakı-Ələt yolunun 14-cü kilometrindən və Sədərək Ticarət Mərkəzinin çıxışından 3-ü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Dağ Üstü par yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi – Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq meydanı, “Dalğa Plaza”nın binasının yanından M.Useynov küçəsinə, eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələrindən, 10-cu zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev kəsişməsindən, Afiyəddin Cəlilov-Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsindən, Heydər Əliyev mərkəzinin yanından, Xətai prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və SƏməd Vurğun, Üzeyir Hacıbəyov, Xəqani, Puşkin, 28 May, R.Zorqe, K.Səfərliyev, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.

Buna görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə məlumat verərək keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu düşünərək qeyd edilən istiqamətlərdə avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Faciənin anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. Həmçinin, Hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.

Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +