Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


07.02.2017  13:02 

50 milyonun necə oğurlanmasının detalları AÇIQLANDI





A+  A-

 

Sabiq deputat, iş adamı, “Globus Plaza”nın sahibi, hazırda həbsdə olan və məhkəmə prosesi davam edən Dünyamin Xəlilov istintaqa ifadəsində yaxın dostu, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əleyhinə ifadə verib.

D.Xəlilov C.Hacıyevin tapşırığı ilə aparılan bütün maliyyə əməliyyatlarının detallarını açıqlayıb. O bildirib ki, sabiq bankirlər 1978-ci ildən tanışdır: “2001-ci ildə Cahangir Hacıyevin təklifi ilə “General Construction” MMC-nin direktoru oldum. Həmin ildə də Beynəlxalq Banka xaricdən vəsait cəlb etmək üçün “Oceanstream İnc” şirkəti yaradıldı və 2003-cü ildən ora nəzarət mənə tapşırıldı. Cahangir Hacıyevin tapşırığı ilə layihələrin çoxunu bu şirkət vasitəsilə reallaşdırırdım. Hansı işlərin görüləcəyi barədə müzakirələrdə və qərarların veriməsində iştirak etmirdim.

Mənə bankın rəhbərliyində təmsil olunan Cahangir Hacıyev, Emil Mustafayev və Akif Əliyev tərəfindən konkret tapşırıqlar verilirdi. 2008-ci ildə Cahangir Hacıyev Rusiyada “Altufyevo” layihəsini həyata keçirilməsi üçün 3 milyon dollar pul lazım olduğunu, vəsaitin mənbəyinin isə “Səbail Mebel” ASC olduğunu dedi. Mənim bildiyimə görə, şirkətlərə külli miqdarda kreditlər yalnız bu 3 şəxsin tapşırığı ilə verilirdi. “Səbail Mebel”ə verilən kreditdən 9 milyon dollar “İnterprokonsaltinq” şirkətinə köçürüldü. Pulun köçürülməsində vasitəçi olan şirkətlər isə “Səbail Mebel”ə armatur göndərməli idilər, amma bu, sadəcə formal idi.

O puldan 6 milyon dollar Albaniya Neftayırma zavodu layihəsinə sərf edildi, qalan 3 milyondan isə xəbərim yoxdur. O pulun hara xərclənməsini “MBA-Moskva” bankının keçmiş müdiri Fuad Abdullayev deyə bilər. 2010-cu ildə “Səbail Mebel”ə verilən kreditləri yeni kreditlər hesabına bağlamaq qərarı verildi. Akif Əliyev mənə zəng edərək bunun üçün fiziki şəxslər göndərmək lazım olduğunu dedi. Mən də “İnter Tekstil” ASC-nin İdarə Heyətinin sədri Şakir Musayevə dedim ki, işçiləri banka göndərsin, onların adna kredit ayrılacaq, bank özü də həmin kreditləri bağlayacaq. “İnter Tekstil”ə nəzarət etmək Cahangir Hacıyev tərəfindən mənə tapşırılmışdı. Mart ayında bu şirkətin adına bank tərəfindən 6 milyon dollar kredit ayrıldı və bu pulla “Səbail Mebel”in krediti bağlandı. “İnter Tekstil”in borcları da yeni yaradılan digər hüquqi şəxslər və fiziki şəxslərə ayrılan kreditlər hesabına ödənildi. İnanılmış və etibarlı şəxslərin adına MMC-lər yaradıldı, həmin şirkətlərə direktorların məlumatı olmadan külli miqdarda kreditlər ayrıldı”.

Qeyd edək ki, ittihama görə, D.Xəlilov bu yolla Beynəlxalq Bank və “Aqrarkredit Bank”a 50 milyon dollar ziyan vurub.

(qafqazinfo.az)



Xəbər 546 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +