Sidebar

Orta məktəbdəki seks qalmaqalı haqda araşdırma başladı

Gündəm
Font Ölçüsü

 

Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində baş verən qalmaqallı hadisə ilə bağlı araşdırma başladılıb.

XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rayon Təhsil Şöbəsi məsələylə bağlı hazırda ətraflı araşdırma aparır. Tez bir zamanda son nəticə barədə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.

                                                   

39 maşın toqquşdu

20.01.2017 10:40