Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


04.04.2023  17:14 

Baş həkim direktoru ifşa etdi: “Uşaq ruhi xəstə deyil“ - VİDEO





A+  A-

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirildi. Bundan sonra ictimaiyyətin kəskin etirazı ilə məsələ daha da böyüdü. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində idi.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxlayıb.

A.Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.

"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".

A.Rəsulov bildirib ki, hazırda yeniyetməyə sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır:

"Biz yeniyetməni uşaq evinə geri göndərdik, çünki müalicəyə ehtiyacı yoxdur. 5-6 gün müalicə etdik, gördük ki, normal uşaqdır, göndərdik ki, getsin orada həyatını yaşasın. Uşaq evi qəbul etmədiyi üçün yenə qaytarıb gətirdik. Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün... Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir".



Xəbər 635 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +