Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


27.11.2022  11:38 

Onun 100 arvadı, 500 -dən çox övladı var...





A+  A-

Kamerunda mövcud olan yerli qanunlardan birinə görə kral ölərkən onun bütün vridatı, o cümlədən arvadları və bu arvdlardan olan övladları miras olaraq böyük oğula qalır.

Məhz buna görə Kamerunda yerləşən Bafut kralı II Abumbinin 100 arvadı, 500 -dən çox övladı var. Arvadlarından 72-si və 300 uşaq ona atasından miras qalıb.

Kamerun respublika élan edilsə də, ölkədə yerli adətləri davam etdirən krallar və onların təbəələri var.

Çoxarvadlılığın qanuni olduğu Bafut kraqllığında II Abumbi 1968-ci ildən rəhbərlik edir və Kamerunun 11-ci kralıdır.

Bu ölkədə neçə arvad almaq kişinin istəyinə bağlıdır və heç bir məhdudiyyət qoyulmur. II Abumbi qərb mediasının diqqətini yalnız arvadlarının sayına görə çəkib. Verdiyi müsahibələrdə özünü müasir düşüncəli və xalqının adət-ənənələrinə bağlı kral hesab etdiyini bildirib.

Kralın xanımları nə düşünr bəs? Onun üçüncü arvadı kralica Konstans deyib ki, hər güclü kişinin arxasında bir qətiyyətli qadın dayanır. Kralın şahzadələrindən biri qeyd edib ki, sarayda oğlan uşaqlarının kraliyyət qaydaları ilə tərbiyə almasında kral arvadlarının böyük rolu var. Bu sarayda intriqalr mövcud deyil.

Kral sarayı Çad gölü yaxınlığında qurulub. Sarayın yəni bambuk ağaclarından tikilmiş evlərin 400 yaşı var və dünyanın mədəni irs siyahısına daxil edilib.

100 arvadlı kralın şüarı isə budur: "Təhsl işqıdır, cəhalət zülmətdir"./lent.az

Xəbər 532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +