“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.07.2021  14:32 

Rusiyanın sərnişin təyyarəsinin qalıqları tapıldı





A+  A-

Kamçatkada radarlardan itmiş “An-26” tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Kamçatka” aviaşirkətinin icraçı direktoru Aleksey Xrabrov məlumat verib.

“Bəli, təyyarənin qalıqları tapılıb. Qalıqların harda və hansı şəraitdə tapıldığını deyə bilmərəm. Bu haqda məlumat yalnız sabah verilə bilər. Hadisə yerinə təyyarə səhər uçacaq, vertolyot işə başlayacaq”.

Rusiya FHN-in məlumatına görə qalıqlar hava limanından 3,8 km aralıda aşkar olunub.

Xatırladaq ki, bir qədər əvvəl fövqəladə qüvvələrdə bir mənbə “TASS”a təyyarənin qalıqlarının tapılması barədə məlumat vermişdi. Məlumatda qeyd olunurdu ki, qalıqlar Palana qəsəbəsinin yaxınlığında tapılıb. Təyyarə qəzaya düşməzdən əvvəl təpə ilə toqquşub. Mənbənin məlumatına görə, qəzada sağ qalan olmayıb.

Xəbər 1758 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +