“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.06.2021  19:57 

Albaniya prezidentinə etimadsızlıq göstərildi





A+  A-

Albaniya parlamentinin deputatları səs çoxluğu ilə prezident İlir Metaya etimadsızlıq göstərilməsi haqda qərar qəbul edib.
XəəzrNews.az xarici mediaya istinadən xəbər verir ki, 140 millət vəkilindən 105-i Metanın istefası lehinə, 7-si əleyhinə səs verib, 3 millət vəkili isə bitərəf qalıb. Bu, Albaniya tarixində prezidentin parlament tərəfindən ilk istefaya göndərilməsi hadisəsidir. Parlamentin qərarı yaxın 3 ay ərzində Konstitusiya Məhkəməsinə çıxarılacaq.

Albaniya Prezidenti ilə hökumət başçısı Edi Rama arasındakı qarşıdurma 25 aprel parlament seçkiləri ərəfəsində daha da kəskinləşdi və fərqli partiyaların tərəfdarları arasında toqquşmalarla müşayiət olundu. Meta inzibati resurslardan istifadə etdiyinə və seçicilərə təzyiq göstərdiyinə görə açıq və sərt şəkildə Ramanı tənqid edib. Səsvermənin nəticələrinə görə, 2013-cü ildən bəri Baş nazirin hakim Sosialist Partiyası qanunvericilik məclisində 140 yerin əksəriyyətini qazandı. Bundan sonra konstitusiyanı pozmaqda günahlandırılan prezidentə qarşı etimad səsverməsi gündəmə gətirildi.

Xəbər 1862 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +