“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


02.04.2021  11:16 

“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun”





A+  A-

Deputat Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.
XəzərNews.az-ın məlumatına görə, A. Abbas deyib ki, tez-tez mətbuatda qazilərin şikayətlərini eşidir: “Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər. Hospitalda bir dənə resept yazırlar və deyirlər ki, dərmanları özünüz alın.

5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hansı pulla alsınlar?! Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir az müalicə edən kimi deyirlər gedin evə.

Halbuki Daxili İşlər Nazirlyinin Hospitalında bu cür məsələlər yaxşıdır. Müdafiə Nazirliyi ən çox vəsait ayrılan təşkilatdır. Üstəgəl, ora vətəndaşlar tərəfindən ianələr də olur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.

Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.

Xəbər 1353 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +