Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


23.02.2021  22:51 

Çavuşoğlu Qarabağla bağlı Ermənistana çağırış etdi





A+  A-

“İndi sülh, bölgənin inkişafı, yenidən inşası və sabitlik üçün bir fürsət var”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə keçirdiyi brifinqdə Dağlıq Qarabağ məsələsində Türkiyə, Azərbaycan və Türkmənistanın əməkdaşlıq planlarından danışarkən söz açıb.

Nazir bildirib ki, onların çağırışı da bu istiqamətdədir:

“Ermənistan da bu istiqamətdə hərəkət etsə, bölgənin sabitliyi və iqtisadi inkişafından Ermənistan xalqı da faydalanacaq. Ermənistanın bunu düşünərək, hərəkət etməsini gözləyirik. Atacağı müsbət addımlara Azərbaycanla birgə koordinasiyalı şəkildə bir də müsbət cavablar verəcəyik”.

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə güclü bir şəkildə Azərbaycanın yanındadır:

“Türkiyə Dağlıq Qarabağın və bölgənin yenidən qurulması, sülh və sabitlik üçün dəstək verəcək. Bu mövzu ilə bağlı irəliləyişlər ölkələr arasında ikitərəfli və üçtərəfli görüşlərlə gündəmə gətiriləcək.

Bu prosesə Gürcüstanı da daxil etməyə çalışırıq. Ümid edirəm, Gürcüstan da buna qatılar. Bölgədə stabillik olduqdan sonra bu layihələrin həyata keçirilməsi daha da sürətlənəcək və hər kəs qazanacaq”.

Xəbər 2140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +