Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


31.08.2018  09:43 

Bakıda bütün qanunsuz tikililər söküləcək





A+  A-

Bakı şəhəri ərazisinin bəzi yerlərində müxtəlif işbazlar, ayrı-ayrı vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərdə, keçid meydançalarında qeyri-qanuni olaraq müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən XəzərNews.az-a daxil olan xəbərdə bildirilir ki, eyni zamanda, bəzi vətəndaşlar həyət və yol kənarlarında yerləri zəbt edərək hasarlayıb və buradan öz məqsədləri üçün istifadə edirlər. Əksər hallarda bu hərəkətlər səkilərin və yolların daralmasına səbəb olaraq gediş-gəliş üçün maneə və təhlükələr yaradır. Həyətlərdə tikilən müxtəlif təyinatlı iaşə və digər obyektlər sakinlərin istirahətinə mane olur və haqlı narazılıqlar yaradır.

İH-nin açıqlamasında qeyd olunur ki, dövlət başçısının tapşırıqlarına əsasən, paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması, səkilərin, yolların, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması üçün reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.

İlk işlərə paytaxtın Xətai rayonunda başlanıb. Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənmiş, ərazidə abadlıq işlərinə başlanılıb. Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi işləri aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq.

Əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitini daha da yaxşılaşdırmaq olan bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülüb.

Xəbər 1119 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +