“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


15.03.2018  11:28 

Yıldırım Qarabağdan danışdı: “Cavablarını alacaqlar“





A+  A-

Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir.
XəzərNews.az-ın məlumatına görə, bunu bu gün Türkiyənin Baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

B.Yıldırım bildirib ki, ikili standartlara son qoyulmalıdır: "Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".

Türkiyə baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib.

Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun alimlərdə olduğunu söyləyib:

“Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə çıxarılacaq “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan qaldırılmalıdır. Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi inkişaf üçün faydalı deyil”.

Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb:

"Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq, düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə qarşı təsirli mübarizə üçün də önəmlidir".

B. Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin qovuşma nöqtəsidir: "Hazırda ölkələrin bir-birindən asılılığının artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il TANAP layihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı baxımından mühüm layihədir”.

Xəbər 1457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +