“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.10.2017  10:12 

Fərhad Əliyevin Bakıya qayıdışı: “Azərbaycanda böyük işlərə rəhbərlik edir”





A+  A-

Sabiq iqtisadi inkişaf nazirinin ölkəyə qayıtması ilə bağlı yeni iddialar var
2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.

Modern.az saytının məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.

Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.

Sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxladıq.

C.Həsənli saytımıza bildirdi ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.

Fərhad Əliyevlə bağlı modern.az digər maraqlı bilgilər əldə edib.

Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır. Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. Hətta Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.

Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.

Hətta qeyd edilir ki, Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.

Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Xəbər 1718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +