“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.08.2017  13:08 

Ağstafada 3 milyonluq QALMAQAL…





A+  A-

Bu ayın əvvəllərində Ağstafa rayonunda 24 saylı məktəbin əsaslı təmiri ilə bağlı ayrılmış pulla bağlı böyük qalmaqal yaşanıb.
Məktəbin təmiri üçün ayrılmış vəsait nəğd şəkildə bankdan çıxarılaraq rayon icra hakimiyyətinin birinci müavini Ramiz Səfərovun otağında seyfə qoyulub.

Səhərisi məlum olub ki, həmin vəsait oğurlanıb. Bundan sonra rayonda qalmaqal yaranıb. Məktəbin təmirinin vaxtı xeyli ləngiyib.

Ağstafa rayon İcra hakimiyyəti başçısının köməkçisi Mehdiyev Naqif isə saytımıza bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ağstafa rayon İcra hakimiyyətinə 24 saylı məktəbin tikintisi üçün 3,2 milyon pul ayrılıb.

“Məktəbin tikintisi üçün ayrılmış vəsait Ağstafa rayon İcra hakimiyyətinin Maliyyə şöbəsinə köçürülüb. Hazırda həmin məktəbdə əsaslı yenidənqurma işləri aparılır. Bunu hər kəs gəlib müşahidə edə bilər. Bu məlumat heç bir həqiqəti əks etdirmir.

Nə birinci müavin Ramiz Səfərovun otağından, nə də İcra hakimiyyətindən heç bir oğurluq hadisəsi baş verməyib. Siz bunu Ağstafa rayon Polis İdarəsi və Prokurorluğu ilə də dəqiqləşdirə bilərsiniz”.

(modern.az)

Xəbər 1404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +