Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


21.02.2017  14:53 

“Ramiz Mehdiyevlə Artur Rasi-zadə arxa plana keçdi” - ŞƏRH





A+  A-

"Azərbaycan prezidenti İlham Əliyevin birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı vitse-prezident təyin etməsi gözlənilən qərarlardan biri idi. Çünki Mehriban Əliyeva prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır”.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb:"Mehriban Əliyeva ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır. Birinci xanımın bu və ya digər məsələlərə konkret münasibəti haqqında məlumat az olsa da, ancaq o da bəllidir ki, Mehriban Əliyevanın müəyyən istiqamətlər üzrə siyasətin korrektəsində və bəzi təyinatlarda rolu olub. Doğrudur, Mehriban Əliyeva bugünə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, amnistiya aktlarının hazırlanması və digər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək”.

Politoloq Mehriban Əliyevanın birinci vitse-prezident təyinatında iki əsas səbəbin mühüm rol oynaya biləcəyini qeyd edib: "Birinci səbəb odur ki, prezident ətrafındakı fiqurların çoxuna etibar etmir. Həmin fiqurlardan hər hansı birinin birinci vitse-prezident təyinatı hakimiyyət içində onunla rəqabətdə olan qrup arasında münaqişənin artmasına şərait yaradacaqdı. Mehriban Əliyevanın birinci vitse-prezidentliyi isə hakimiyyət içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.

İkinci səbəb isə odur ki, böyük ehtimalla dövlət başçısı artıq indidən gələcək varisi haqqında düşünür. Məsələ burasındadır ki, Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək prezidentin kimliyini də müəyyənləşdirdi".

Politoloq bildirib ki, Mehriban Əliyeva ictimaiyyət arasında populyardır, hətta müxalifət belə onun fəaliyyəti haqqında kəskin tənqidi fikirlər səsləndirmir: "Ancaq bundan sonra birinci vitse-prezident müxtəlif istiqamətlərdən tənqidlərə də hazır olmalıdır və həmin tənqidlərə əsaslandırımış cavablar vermək məcburiyyətindədir.

Digər mühüm məsələ prezidentin birinci-vitse prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir. Bunlardan biri səhiyyə sahəsindəki islahatların sürətləndirilməsi ola bilər. Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətləndiyi sahələrdən biri də səhiyyə sistemidir. Mehriban Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər.

Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda da lazımi təcrübəsi var. Onu dünyada prezidentdən az tanımırlar. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin tikintisi və həmin məktəblərin texniki avadanlıqla təchizi, Fransa və Vatikanda muzeylərin təmiri və s. addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması ona çətin olmayacaq”.

Elxan Şahinoğlu vurğulayıb ki, Mehriban Əliyeva bu təyinatla ölkədə ikinci fiqura çevrilib:

"Bu hakimiyyət daxilində yaşlaşan baş nazir Artur Rasi-zadənin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi fiqurların arxa plana keçməsini və gənclərin irəli çəkilməsi prosesini də sürətləndirə bilər. Bəzi xəbərlərə görə, hakimiyyət içində bəzi gənclərin nazir postlarına cəlb edilməsində Mehriban Əliyevanın da rolu olub. İndi birinci vitse-prezident olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir”.

Xəbər 5777 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +