Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


17.11.2023  19:20 

Onların heç birinin xalqdan xəbəri yoxdur... - Partiya sədri





A+  A-

“Sosial yardımın həcmi o qədər azdır ki, onu işsizə versələr belə onunla dolanmaq mümkün olmadığı üçün o əlavə iş tapıb işləməli olacaq. Nazir müavini bildirir ki, işləməyənə sosial yardım verməyək, qoy məcbur qalıb işləsin. Bu müavindən soruşmaq lazımdır ki, işləməyən birinə dövlət iş təklif edirmi? Hər halda insanlar keflərindən işsiz deyillər. Demək ki, iş yoxdur, iş tapmaqda çətinlik çəkirlər”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a AĞ Partiya başqanı Tural Abbaslı bildirib.

O qeyd edib ki, dövlət vətəndaşa iş təklif etməli, onu işlə təmin etməlidir. Vətəndaş işdən imtina edərsə, işləmək istəməzsə, bu zaman ona verilən sosial yardım dayandırılmalıdır:

“Nazir müavini Anar Kərimovun çıxışından belə başa düşülür ki, guya vətəndaşa işlər təklif olunur, vətəndaş da işləməkdən imtina edir ki, biz sosial yardım alacağıq, ona görə də işləmirik. Guya bu prosesin qarşısını almaq üçün ancaq işləyənlərə sosial yardım verirlər. İşləyən heç olmasa evinə müəyyən qədər pul apara bilir. İşləməyən isə demək ki, iş tapa bilmədiyi üçün o müavinətə ehtiyacı var. Bu sosial yardımdır, işləməyənə, işləyə bilməyənə verilməlidir”.

Dövlət axı bu işsizə iş də təklif etmir. Üstəlik sosial yardım da vermir. Əslində, bu nazirliyin, nazirlik rəsmilərinin açıqlamaları normaldır. Çünki onların heç birinin xalqdan xəbəri yoxdur. Xalqın içində deyillər, kəndə, rayona, qəsəbəyə, bölgələrə getmirlər. Kabinetdə oturub kasıbın dərdini çəkmək mümkün deyil. Onun yerində, yanında olmaq lazımdır ki, halını da başa düşəsən.

Dövlətin borcudur iş yerləri açsın, insanları işlə təmin etsin. İnsanların öz sosial durumlarını düzəltməsi üçün şərait yaratmalıdır. Dövlət bunu da etmir, üstəlik də açıqlama verirlər ki, sosial yardım da verməyəcəyik. Bəs bu vətəndaş nə etsin, yıxılsın ölsün? Bu çox məntiqsiz və uğursuz bir açıqlamadır. Həmçinin uğursuz siyasi xətdir”.

Xəbər 782 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +