Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.09.2021  13:30 

Kəpəz dağına qar yağıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv və güclü olub. Güclü yağış nəticəsində Qəbələ Dəmiraparan çaydan və Qəbələ rayonu Tikanlı kəndi Tikanlı çayından sel keçir.

Əyriçay Başdaşağılda (Oğuz) 39, Sarıbaşda (Qax) 46, Gədəbəydə 27 (aylıq normanın 56 faizi), Kişçayda (Şəki) 25 (aylıq normanın 37 faizi), Balakəndə 24, Göygöldə 23 (aylıq normanın 50 faizi), Zaqatalada 23, Şəkidə 20, Astara, Daşkəsəndə 17, Yardımlıda 16, Qusar, Şəmkirdə 14 (aylıq normanın 72 faizi), Qubada 13, Qəbələdə 12, Lənkəran, Tovuzda 11, Gəncədə 10 (aylıq normanın 59 faizi), Xaltan, Oğuzda 7, Şabranda 6, Biləsuvarda 5, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5, Yevlaxda 4, Ağstafada 3, Cəfərxan, Bərdədə 2, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Gəncə meteoroloji stansiyasının məlumatına əsasən, sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 28, Ağdamda 24, Tərtərdə 23, Bərdədə 22, Tovuz, Neftçala, Gəncədə 20, Ceyrançöldə 18, Mingəçevir, Yevlax, Kəlvəzdə 16, Şərur, Şirvanda 15, Bakıda 23, Sumqayıtda 21, Qum adasında 20, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 metr/saniyəyədək güclənib .Net Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, sentyabrın 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews

Xəbər 4843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +