Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


13.02.2018  12:37 

Xaləddin İsgəndərovun başını ağrıdan tikili - Yaşıllığı kim məhv edib?





A+  A-

Binəqədi rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 17 ünvanında aparılan tikintinin Biləcəri qəsəbə nümayəndəliyinə aidiyyəti yoxdur. Amma biz o tikintiyə nəzarət edirik.
XəzərNews.az bildirir ki, bu sözləri Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbad İbrahimov Binəqədi rayonu ərazisində sakinlərin illərdir saldığı yaşıllıqların məhv edilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə sakinlərin məhkəmə çəkişməsinə səbəb olan tikinti barədə danışarkən deyib.

İ.İbrahimov ərazidə aparılan tikinti işlərinə onların nəzarət etdiyini təsdiqləyərək, heç bir qanunsuz iş görmədiklərini bildirib:

“Sözügedən ərazidə Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin bütün parametrlərinə uyğun tikinti işləri aparılır və bu danılmazdır. Əlavə də məlumat verirəm ki, hazırda aparılan tikinti işləri tamamlanmaq üzrədir”.

İşlərə işlərinə nəzarət edən Biləcəri qəsəbə nümayəndəsi bildirib ki, tikilinin lazım olan bütün sənədləri var:

“Heç bir qurum, icra, bələdiyyə haradasa rəsmi icazə olmadan tikinti başlada bilməz. Orada nə qədər ağac olub, o ağaclar kəsilib və ya kökündən çıxarılıb, vətəndaşlar bundan şikayətçidir kimi hallar barədə mən məlumatsızam. Mən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə Biləcəri qəsəbə nümayəndəsiyəm. Bəli, müavinim Orxan tez-tez ərazidə olur. Sakinlər elə zədd edir ki, tikintini də həmin şəxs aparır. Orxan sadəcə aparılan tikintiyə nəzarət üçün ərazidə olur. Biz orada heç bir qanunsuz iş görmürük ki, bununla bağlı da yalan məlumat verim. Tikintinin aparıldığını da, əraziyə mənim və müavinim Orxanın nəzarət etdiyini də təqsdiqləirəm”.

İ.İbrahimovun sözlərinə görə, ərazidə tikinti başlatmaq, tikintini sökmək, dayandırmaq və ya həmin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:

“Mənim aparılan həmin tikintiyə ilə heç bir aidiyyətim yoxdur. Biz sadəcə həmin tikinti işlərinə nəzarət edirik. Ərazidə qeyri-yaşayış obyekti tikilib. Tikintinin kim tərəfindən aparıldığı, kimlərin tikdirdiyi barədə isə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Binəqədi rayonu, Asəf Zeynallı küçəsi ev 22 A və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binalarınn qarşısında sakinlərin illərdir əkdiyi 30-dan çox ağac kəsilərək yerində tikinti aparılır. Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, tikinti Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

Xəbər 1501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +