Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.08.2017  09:56 

Rüfət Aslanlı bir neçə saata görə 25 min dollar ödəyib? - Bahalı ad günü, nadir şərablar





A+  A-

“Yeni Müsavat” qəzeti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında material dərc edib.
XəzərNews.az xəbər verir ki, həmin materialda palata rəhbərinin bir müddət əvvəl özünə dəbdəbəli ad günü ziyafəti təşkil etdiyi qeyd olunur. "...Rüfət Aslanlı xarici ölkələrin birində olarkən oranın ən bahalı və əsasən dünyanın zəngin iş adamlarının tez-tez ziyarət etdikləri adlı - sanlı restoranların birində özünə bahalı ad günü təşkil edib. Yəni bu cür restoranlarda ad günləri və ya bu kimi tədbirləri adətən Türkiyənin və ya dünyanının tanınmış iş adamları təşkil eidr. Restoranın imic baxımından bahalı olması səbəbindən burada hər hansı bir tədbir keçirmək hər insana qismət olmur”.

Xəbərdə bildirilir ki, R.Aslanlı bir neçə saatlıq yeyib-içmək üçün restorana 25 min ABŞ dolları hesab ödəyib. Qeyd olunan hesab restoranın rəsmi qəbzlərində olan rəqəmlərdir: “Azərbaycanlı mentalitetmizi nəzərə alsaq, bu məbləğin 10-20 faiz civarında ofisantların bəxşişlərinin rəsmi olmadığı üçün hesaba qata bilmirik. Amma inanmaq olmur ki, zəngin həyat tərzinə alışqan olan Aslanlı bədxərclik edib ofisantlara bəxşiş verməsin”.

Qəzet onu da bildirib ki, ad günü İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında olub. Restoranın VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş: “Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərbalarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyib”.

Xatırladaq ki, Azərbaycanın maliyyə siyasətinə nəzarət edən R. Aslanlı son vaxtlar daha çox dəbdəbəli həyatı ilə gündəmdədir. Sonuncu olaraq isə o öz adına bahalı şərab markasına verib. “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən Maison şərabının şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır. Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d`Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var.


Xəbər 2502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +