Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


24.08.2017  13:57 

DYP-dən sürücülərə XƏBƏRDARLIQ





A+  A-

Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunanan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilir.

Müraciətdə deyilir ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, xüsusilə ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin müəyyən olunması istiqamətində fəaliyyətin təşkili genişləndirilməklə nəzarət daha da gücləndirilib.

Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini təmini məqsədilə “Yol hərəkəti haqqında” Qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayanlar bilməlidir ki, onların bu hərəkəti təkcə qanun pozuntusu yox, eyni zamanda digər sürücü və piyadaların təhlükəsizliyinə mane olmaqla bərabər yollarda sıxlıq yaradır, insanları ləngidir, vaxt itkisi yaradır.

Dayanmanı-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində – ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir, həm də patrul xidməti maşınlarında quraşdırılan “bort” kompyuterlər vasitəsilə fotoları çəkilərək və hazırlanan fotomaterial üzrə protokol tərtib edilir.

Aparılan təhlil və araşdırmalar göstərir ki, cari ildə həyata keçiriLən kompleks profilaktik tədbirlər nəticəsində, insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayüllər ümumən qorunub saxlanılıb. Lakin görülən tədbirlərə baxmayaraq, sürücülər arasında hələ də avtomaşını sərxoş halda idarə edən, parklanma qaydalarını pozan, avtoxuliqanlığa və intizamsızlığa meylli, yolu müəyyən olunmayan yerdən keçən piyadalara və cərimə borclarını ödəməyən sürücülərə rast gəlinir.

Dövlət Yol Polisi tərəfindən barəsində cərimə protokolu olan sürücülər müyyən olunduqda, avtomaşının Müvəqqəti Mühafizə Olunan Duracağa qoyulması vətəndaş-polis arasında müəyyən fikir ayrılığı yaradır, vətəndaş özünü haqlı bilir, yolda hüquq tətbiq edən əməkdaşa qarşı tabesizlik nümayiş etdirir. “Məlumatım yoxdur”, “Ünvana bildiriş göndərilməyib”, “SMS çatmayıb” , “Xəbərsizəm”, “Ödəməyə gedirəm”, “Ödəyəcəyəm” bəhanələrlə izibati məsuliyyətdən yayınmağa çalışır. Lakin sürücü unudur ki, patrul avtomobillərində mövcud olan müasir avadanlıqlar – İ-Patrul sistemi ilə barəsində inzibati protokol, məhkəmə qərarı olan sürücülər dərhal müəyyən olunmaqla xəbərdarlıq edilir.

Bütün bunları nəzərə alaraq, diqqətə çatdırırıq ki, barəsində inzibati protokol tərtib olunan, cərimə balı olan, məhkəmə qərarı çıxarılan sürücülər barəsində qeyd-şərtsiz mübarizə tədbirlərimiz davam etdirilir. Hər bir sürücü səhlənkarlığa yol verməməli, yol qaydalarına əməl etməlidir ki, qanunvericiliyin tələbləri etibarlı mühafizə olunsun, inzibati məsuliyyətə səbəb olan hallar yaranmasın, qanunların aliliyi, tələblərin humanistliyi qorunsun.

Xəbər 927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +