Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


16.08.2017  12:06 

Parlament qalmaqallı sənədin müzakirəsinə HAZIRLAŞIR





A+  A-

Uzun müddətdir, müzakirəsi ləngiyən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib:

“Yəqin ki, bu payız sessiyasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə baxacağıq. Uzun müddətdir, bu qanun üzərində işlər gedir və artıq müvafiq orqanlara göndərilib. Qanun layihəsi demək olar ki, hazır vəziyyətdədir. Nəticə olaraq yeni mövsümdə qanunun müzakirəyə çıxarılması nəzərdə tutulub”.

Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı da Modern.az saytına müsahibəsində qeyd edilən məsələyə toxunub. Onun fikrincə, Azərbaycanda donor bankının yaradılması genefondumuz üçün fəlakət ola bilər:

“Bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər. Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər”.

Deputat Kamilə Əliyeva donor bankı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Bu, məsələyə hansı prizmadan baxdığımızdan asılıdır. Bilirsiniz ki, süni mayalanmanın iki yolu var. Ailədə kişinin öz spermasının qadının yumurta hüceyrəsinə yeritməklə süni mayalanma aparmaq mümkündür.

Bu yolla uşağın dünyaya gəlməsinin əleyhinə deyiləm. Ola bilər təbii yolla, övlad sahibi olmaq mümkün deyil, amma bu yolla mümkündür. Bu da süni mayalanmadır.

Amma mən də bir genetik və vətəndaş olaraq ananın yumurtalığına başqa spermanın yeridilməsinin tərəfdarı deyiləm. Burada söhbət yalnız mentalitetdən getmir. Genetik olduğum üçün donor bankının gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düşünərək bunun əleyhinəyəm”.


Xəbər 892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +