Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


21.02.2017  12:30 

Azərbaycanda dollar 121% bahalaşıb





A+  A-

Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib.
İlk devalvasiya qərarından sonra dolların rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 AZN/USD səviyyəsindən 1,0500 AZN/USD-yə, həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 AZN/USD-yə çatıb. Son 14 ay ərzində dolların məzənnəsində artım tempi davam edib və bu göstərici 12% təşkil edib. Xatırladaq ki, son 14 ayda rəsmi məzənnə 2016-cı il mayın 25-də 1,49 AZN/USD səviyyəsinə enərək ən minimal həddə, 2017-ci il fevralın 1-də isə 1,92 AZN/USD səviyyəsinə yüksələrək ən maksimal həddə çatıb.
Qeyd edək ki, 2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.
"Report"un analitik qrupu qeyd edir ki, dolların ucuzlaşmasına səbəb qlobal əmtəə bazarlarında neftin qiymətinin 120 dollar/bareldən 55 dollar/barelə qədər kəskin ucuzlaşması olub. Nəticədə, Azərbaycanın ixrac gəlirləri kəskin azalıb və tədiyyə balansında yaranan iri həcmdə mənfi saldo dolların məzənnəsinin artırılmasını qaçılmaz edib. Daha sonra isə neftin qiymətində ucuzlaşmanın ikinci dalğası baş verib və qiymətlər 65 dollar/bareldən 30 dollar/barelə qədər azalma göstərib ki, bu da növbəti devalvasiyaya səbəb olub.
Qeyd edək ki, hazırda neftin qiyməti ilk devalvasiyaya səbəb olan 56 dollar/barel həddində olsa da, Azərbaycanda dolların məzənnəsi 1,05 AZN/USD-dən 65% yuxarıdır. Bu da əhalinin iqtisadi inam göstəricisinin aşağı olduğunu göstərir.

Xəbər 2811 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +