Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


04.10.2018  15:19 

Bakı Lift İdarəsinin qalmaqallı rəisinə CİNAYƏT İŞİ AÇILDI





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
XəzərNews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında bildirib ki, fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Xəbər 1750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +