İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar


20.02.2020  09:15 

Medvedev vəzifədən gedəcəyini əvvəlcədən bilirmiş





A+  A-

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, o, Dmitri Medvedevlə onun başçılıq etdiyi hökumətin istefa verəcəyini əvvəlcədən müzakirə edib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə dövlət başçısı “TASS”a müsahibəsində danışıb.

“Bizim Dmitri Anatolyeviçlə uzun illərdir çox açıq, yoldaşlıq, dostluq münasibətlərimiz var. Bizim bir-birimizdən sirrimiz yoxdur. Ona görə də biz bunu onunla müzakirə etmişdik. Medvedev baş verənlərdən xəbərdar idi”, - Putin deyib.

Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedev hökumətin istefasını elan etmişdi. Yanvarın 16-da o, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinə təyin olunmuşdu. Elə həmin gün Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamışdı.

Xəbər 1157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +