İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.11.2022  10:49 

Beyləqandakı əməliyyatla bağlı... - Açıqlama





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb.

XəzərNews.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir:

"Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan qaldırılması Dövlət Xidmətinin fəaliyyətində prioritet hesab edilir. Əmlak Məsələləri Dövlət Xidməti korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.

Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi idarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.

Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur".

Xəbər 383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +