İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.09.2018  14:46 

Məşhur hüquqşünasdan şikayət var





A+  A-

Bakı şəhəri, Yasamal rayon, Ə. Haqverdiyev küç.48 ünvanında yaşayan Zaur Nəcəfov özünü vəkil kimi təqdim edən Tağı Hüseynov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
XəzərNews.az-ın məlumatına görə, o, bununla bağlı “Qafqazinfo”ya müraciətində qeyd edib ki, bu il mayın 24-də özünü vəkil kimi təqdim edən Tağı Hüseynovun qəbulunda olub: “Onu bir müddət bundan əvvəl Lider TV-də yayımlanan “Tağı ilə qaynar müzakirə” verilişindən tanımışam, həmin verilişin aparıcısı idi. Ofisi Səbayıl rayonunda Gənc tamaşaçılar teatrının yanında yerləşir. Aygün adlı katibə məsləhət almaq üçün məndən 30 manat pul aldı. Əvəzində isə çek vermədi. Daha sonra Tağı Hüseynovun yanına getdim. O isə mülki problemimlə bağlı məsələmdə mənə hüquqi yardım etmədi. Dərhal 39-cu polis bölməsinə gedib şikayət etsəm də, ərizəmi götürməkdən imtina etdilər. Vəkillər Kollegiyasına da müraciət etdim, ordan dedilər ki, bizdə Tağı Tofiq oğlu Hüseynov adlı vəkil yoxdur və qanunsuz şəkildə vəkil adından istifadə edir.”

Kollegiyanın Rəyasət Heyətindən də “Qafqazinfo”ya həmin adda vəkilin olmadığını təsdiqləyiblər.

Şikayətçinin verdiyi nömrə vasitəsilə hüquq firması ilə əlaqə saxlmağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Qeyd edək ki, Tağı Hüseynov təkcə "LİDER"də deyil, digər özəl telekanallarda da vəkil kimi təqdim olunub.

Xəbər 1020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +