İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.04.2017  17:27 

Cücələrin tələf olma səbəbləri bilindi





A+  A-

17 aprel 2017-ci il tarixində Hacıqabul rayon sakini Rövşən Səməd oğlu Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələrinin tələf olması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinə məlumat vermilib.
XəzərNews.az xəbər verir ki, bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda olaraq araşdırma aparıblar. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilmiş, rayonun digər təsərrüfatlarında isə quşların və cücələrin xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyeniki tələblərə uyğun olmadığı müəyyən edilib.
Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilmişdir. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilib.
Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkar olunmamışdır. Cücələrin ölümünə zoogigiyeniki norma və qaydalara əməl edilməməsi səbəb olmubdur.
Cücələrin yemləmə, bəsləmə və saxlanmasına dair mütəxəssis tövsiyələrinə əməl edildikdən sonra təsərrüfatda ölüm halları aradan qalxıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərinə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.


Xəbər 973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +