Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


23.02.2017  14:38 

İcra başçısı saxta sənəd verdi: Sahibkar 700 min ziyana düşdü





A+  A-

Dünən axşam saatlarında Xətai rayonu M.Hadi küçəsində "Azərsu” əməkdaşları ilə sakinlər arasında insident baş verib.
XəzərNews.az bakipost.az-a istinadla xəbər verir ki, insidentə səbəb qurumun əməkdaşlarının qeyd olunan ünvanda tikilən qeyri-yaşayış obyektini sökmək istəməsi olub. Məlum olub ki, obyektin altından böyük ölçülü su borusu keçir, buna görə də tikinti dərhal sökülməlidir.

Obyekt sahibi Cəlilov Əli Fəxrəddin oğlu isə tikinti üçün İcra Hakimiyyətinin sərəncam verdiyini və bütün aidiyyəti qurumlardan icazə aldığını bildirib: "İki ildir burada tikintiyə başlamışam. Hər dəfə bir qurum gəlib, tikintini dayandırıb, sökdürüb. Nə tələb olunubsa, onu etmişəm, nə sənəd istəyiblər düzəltmişəm. Axırda da İcra başçısının sərəncamını almışam. Bu iki il ərzində obyektə 700 min dollar pul xərcləmişik. Amma bu gün həmin obyekti 500 min manata satmaq mümkün deyil. Dövlət qurumlarının qanunsuz müdaxilələri bizim külli miqdarda pul itirməyimizə gətirib çıxarıb. Bütün orqanlardan razılıq alandan sonra indi gəlib "Azərsu” deyir ki, guya, bu obyektin altından böyük su borusu keçir. Ay qardaş, bunu mən hardan bilə bilərəm? Əgər belə bir şey olsaydı, FHN icazə verməzdi, icra başçısı Razim Məmmədov tikintiyə sərəncam imzalamazdı. İkinci, əgər belə bir hal var idisə, bu iki il ərzində niyə gəlib xəbərdar etməmisiniz? Gözləyirdiniz ki, mən bu qədər pul töküm sonra gəlib sökəsiz?”

Obyekt sahibi "Azərsu” əməkdaşlarından məhkəmə sənədi tələb edib. Lakin məlum olub ki, belə bir sənəd yoxdur.

"Tikintinin hansı əsasla söküldüyü və niyə məhkəmə qərarı olmadan həyata keçirilir” sualına - sökünütünü aparan "Azərsu” işçi qrupunun özünü təqdim etməyən rəhbəri "biz heç nə bilmirik, əmri icra edirik və başqa məlumat verə bilmərik" cavabını verib.

"Tikintiyə başlanan zaman niyə xəbərdarlıq etməmisiniz” sualına isə cavabı belə olub: "O bizim problem deyil".

Hazırda tikinti dayandırılıb, lakin obyekt sahibi söküntünün başlamasına icazə vermir...


Xəbər 2889 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +