“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.09.2023  18:43 

Talıbovlara bağlı 14 şirkət ləğv olundu – Siyahı





A+  A-

Qısa müddət əvvəl Naxçıvanda dövlət qeydiyyatına alınan 14 şirkət ləğv olunub.

Bu şirkətlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara məxsus olan “Gəmiqaya İnşaat” MMC-yə (VÖEN – 0201378861) bağlı şirkətlərdir.

Ləğv olunan şirkətlərdən “Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi” MMC nizamnamə kapitalı 14,8 milyon manat olan “Alçı-Zavod-75” MMC-yə birləşib. “Avtonəqliyyat-75” MMC “Reges Rent A Car” MMC-yə, “Reges” MMC “Ofis Hold-75” MMC-yə, “Naxproperty - 1”, “Naxproperty - 2”, “Naxproperty - S2” və “Naxproperty - S3” MMC-lər isə “Reges Əmlak” MMC-yə birləşiblər.

Onu da qeyd edək ki, bir müddət əvvəl Talıbovlara bağlı olan daha 7 şirkət ləvğ olunduğunu açıqlamışdı.

Qeyd edək ki, ləğv olunan şirkətlərdən 2-si bu ilin yanvar ayında Naxçıvanda dövlət qeydiyyatına alınan “Gəmiqaya İnşaat” MMC-dən ayrılaraq yaradılıb. “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən ayrılan şirkətlər aşağıdakılardır:

“Bərəkət Bazarlama-Anbar” MMC
“Avto GL” MMC
“Reges Əmlak” MMC
“Badamlı Zavod-Anbar” MMC
“Home Office-1” MMC
“Home Office-2” MMC
“Home Office-3” MMC
“Home Office-4” MMC
“Home Office-5” MMC
“Home Office-6” MMC

“Gəmiqaya İnşaat” MMC bu ilin yanvar ayının 12-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 8 milyon 249 min 982 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Vüsar Məmməd oğlu olub. Bir həftə əvvəl isə “Gəmiqaya İnşaat” MMC-nin adı dəyişdirilib və “APF İnşaat” MMC olub. Qanuni təmsilçisi isə Bədəlov İlham Həsən oğlu olub. Nizamnamə kapitalı da 6 milyon 30 min manata düşürülüb.

Ləğv olunan digər 5 şirkət isə ötən ilin dekabr ayında eyni ünvanda (Cəlil Məmmədquluzadə, ev 34/2), eyni şəxsin (Vüsar Məmmədov) rəhbərliyi ilə yaradılan “Gəmiqaya Avtonəqiliyyat” MMC (VÖEN - 0201375131) adlı şirkətin də tərkibindən ayrılıblar. “Gəmiqaya Avtonəqiliyyat” MMC-nin tərkibindən ayrılan şirkətlər isə aşağıdakılardır:

"Avtonax MR” MMC
“Avtonəqliyyat MR” MMC
“Texnika NAX” MMC
“Naxtexnika 2023” MMC
“Naxlogistic” MMC
“Avtotech MR” MMC


Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib./Yeniavaz.com

Xəbər 1416 dəfə oxunub.




22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +