“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


10.11.2022  17:43 

Azərbaycan-Özbəkistan: Ticari əlaqələrimiz çox aşağıdır





A+  A-

Özbəkistanın ticarət dövriyyəsi 42 milyard dollardan çoxdur. Azərbaycanda isə bu rəqəm 34 milyard dollara çatır. Amma bu iki ölkənin ticari əlaqələri çox aşağı səviyyədədir. Birinin digərində xüsusi çəkisi heç 0,5%-ə də çatmır. Mövcud potensiallar və məsafə yaxınlığını nəzərə alsaq, bu payı ciddi artırmaq potensialı böyükdür. Məhz bu potensialı reallığa çevirmək üçün iki ölkə arasında əlaqələr daha da dərinləşməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin qısa müddət ərzində növbəti dəfə Özbəkistana səfəri bu əlaqələrə iqtisadi faydasını da mütləq verəcəkdir.

Etiraf edək ki, ərazilərinə və aralarında olan isti münasibətlərə rəğmən bu gün Türk Dövlətləri arasında ticarı dövriyyə çox aşağı səviyyədir. Bunu bir sıra obyektiv və subkeytiv səbəbləri vardır ki, bunlardan birincisi Türkiyə istisna olmaqla əksər türk dilli ölkərin ixracında xammalın böyük xüsusi çəkisi vardır. Bu isə qarşılıqlı ticari dövriyyəni yüksəltməyə imkan vermir.

Yəni, tərəflərin hər birinin xammal alaraq ondan sənaye məhsulu istehsalı etməməsi, əksinə dünya bazarlarında xammal ixracatçısı kimi çıxış etməsi qarşılıqlı ticari dövriyənin artmasına mane olan əsas faktordur. Digər bir məsələ ən böyük iqtisadiyyata malik Türkiyənin orta Asiyaya çıxışı üçün əlverişli loğistik xəttin olmamasıdır.

Düşünürəm ki, bir neçə məsələ öz həllini taparsa, türk ölkələri arasında böyük ticari əlaqələr əldə edilə bilər. Bunlardan biri qarşılıqlı daha təkmil gömrük dəhlizinin yaradılması, birgə əlaqləri stimullaşdıran ciddi gömrük güzəştlərinin olması, ikincisi Türkiyənin orta Asiyaya çıxışını təmin edəcək Zəngəzur dəhlizinin reallaşmasıdır ki, bunlar iqtisadiyyatları bir-birinə ciddi inteqrasiya edə bilər
Amma qarşılıqlı ticari əlaqələrin və iqtisadi münasibətlərin daha faydalı səviyyəyə çatması üçün ən vacib amil türkdilli ölkələrin heç olmasa bir neçəsinin xammal ixracatçısından xammal idxalçısına (sənaye ölkəsinə) çevrilməsidir.

Xammal idxalçısı olan sənaye ölkəsinə çevrilmək üçün zaman lazımdır. Amma digər iki məsələnin həlli nisbətən daha qısa zaman kəsiyindən mümkündür. Buna görə də dövlət başçıları arasında olan bu qəbildən olan görüşlər ticarətin asanlaşdırılmasında və liberallaşdırılmasında mühüm rol oynaya bilər ki, bu da ticarət həcmini daha da artırmağa fayda verə bilər.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 547 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +