Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.10.2022  12:20 

“Səhiyyə turizmi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır”





A+  A-

Müşahidələrimə əsasən deyə bilərəm ki, Muxtar Respublikanın səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində uğurlu nəticələr əldə edilib. Bu mənada Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait var.

XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə deyib.

O bildirib ki, ali təhsil ocağında artıq 23 ildir fəaliyyət göstərən Tibb fakültəsinin inkişafında Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti olmuş mərhum akademikimiz Adilə Namazovanın da töhfəsi olub. Adilə xanım və onun yetirmələri dəfələrlə Naxçıvana gəlib, burada tibb sahəsi ilə bağlı keçirilən konfranslarda iştirak ediblər. O, Naxçıvan Dövlət Universitetinin kitabxanasına çox sayda tibb elminə dair kitablar hədiyyə edib, elektron materiallar göndərib. Bu gün Muxtar Respublikanın səhiyyə sisteminin kadrla təminatının 80 faizdən çox tibb personalının məhz Naxçıvan Dövlət Universiteti hesabına həyata keçirilməsi əhəmiyyətli faktdır. Buradakı Tibb fakültəsinin gözəl bir binaya, hərtərəfli maddi-texniki bazaya malik olması, universitet xəstəxanasının fəaliyyət göstərməsi, ali təhsil ocağının tibb sahəsi üzrə dünyada tanınmış universitetlər ilə əlaqələrini, qarşılıqlı təcrübə mübadiləsini artırması yüksəkixtisaslı tibb kadrların hazırlığına da öz töhfəsini verir.

Naxçıvan Dövlət Universitetinin “Tibbin aktual problemləri: postCOVID sindromun spleoterapiyası” adlı elmi-praktik konfransda iştirak etdiyini bildirən Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti qeyd edib ki, konfransda Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva “Duzdağ Fizioterapiya Mərkəzində postCOVID sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxışında COVID-19 pandemiyasından sonra xəstələrdə postCOVID sindromunun müşahidəsi halları və bu xəstələrin həmin mərkəzdə reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib.

T.Tağı-zadə onu da vurğulayıb ki, səhiyyə turizmi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və muxtar respublika bu sahədə ciddi potensiala malikdir. Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və buradakı bir sıra müalicəvi bulaqları bu baxımdan diqqəti cəlb edir.

Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti deyib: “Konfransda “Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzusunda çıxış etdim, tibbi təhsil sistemində bioetikanın tədrisi təcrübəsi və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verdim, müasir dünyada potensial təhlükələr ilə əlaqəli olan etik problemləri diqqətə çatdırdım. Sözügedən proqram dəfələrlə UNESCO-nun tədbirlərində, MDB Parlamentlərarası Assambleyasında, Ombudsmanların X Bakı Beynəlxalq Konfransında, Bakıda keçirilən beynəlxalq humanitar forumlarda müzakirə olunub və dəstəklənib. İstər professor Lalə Allahverdiyevanın, istərsə də mənim çıxışımdan sonra tələbələrin bizə çoxsaylı suallar ünvanlaması onların tibb elminə böyük maraq göstərdiklərini bir daha göstərir”.

T.Tağı-zadə ölkəmizdə ilk dəfə Naxçıvanda I Beynəlxalq Tibbi Forumun keçirilməsinin əhəmiyyətini də qeyd edib. Bildirib ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik olan forumda azərbaycanlı tibb mütəxəssislərinin, eləcə də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirərək aktual mövzularda fikir mübadilələri aparmaları faydalı tərəfdaşlıqlar üçün yeni imkanlar yaradıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də forum çərçivəsində Naxçıvan Dövlət Universitetində olub, hər iki universitet arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub və memorandum imzalanıb. Bu, ali təhsil ocaqlarımız arasında tibb elmi sahəsində təcrübə mübadiləsinin aparılması baxımından yeni imkanlar açıb.

Xəbər 497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +