Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.08.2022  15:16 

Jurnalist Prezidentə müraciət etdi: “Mən lal, kar, kor ola bilmərəm!”





A+  A-

AFN.Az saytının Baş redaktoru Həbibə Abdulla Prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarına müraciət edib.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

Cənab Prezident!

Yazıb diqqətinizə çatdırıram ki, son təxminən 15 gündə artıq ikinci dəfədir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin əməkdaşları tərəfindən heç bir əsaslandırma və rəsmi çağırış vərəqəsi olmadan İdarəyə dəvət olunuram.

Birinci dəfə əsaslandırılmış çağırış vərəqəsi tələb etdim və görünür çağırış əsassız olduğu üçün bunu edə bilmədilər. İkinci dəfə yenə eyni qaydada rəsmi çağırış vərəqəsi tələb etdim, bu dəfə hazırda olduğum ünvanı soruşaraq, prokurorluq əməkdaşının yaxınlaşacağı bildirildi.

Cənab Prezident!

Mən artıq bir vətəndaş kimi, bir media işçisi kimi hüquqlarıma ciddi basqı hiss edirəm. Media sahəsində 24 ilə yaxındır fəaliyyət göstərirəm, bunun 20 ilə yaxınını jurnalist kimi işləmişəm. İllər öncə mediaya qarşı olan təzyiqlər, jurnalistlərin yersiz yerə saxlanmaları, həbs olunmaları hadisələrini çox görmüşəm.

Aradan ötən müddət ərzində media ilə bağlı Sizin apardığınız DOSTYANA siyasət nəticəsində bu təzyiqlər, demək olar ki, aradan qalxmışdı. Lakin son aylar ərzində yenidən media üzərində ciddi basqı var. Heç bir əsas olmadan Baş Prokurorluğun müxtəlif idarələrinə dəvət edilirik, heç bir əsas olmadan xəbərdarlıq edilir həmkarlarıma. Prokurorluq artıq media üçün “xoxan” rolunu oynayır. Ölkənin hüquq-mühafizə sisteminin dayaqlarından olan bir qurumun bu hala gətirilməsi həm də bir vətəndaş olaraq məni incidir.

Cənab Prezident!

Vəziyyətin günü-gündən pisləşməsi azad ruhlu insanların ölkədə yaşamasını çətinləşdirir. Azad ruhlu insan həm də düşünən, pisi yaxşıdan ayırmağı bacaran, ölkəyə xeyir vermək amacında olan insan deməkdir. Mənim də bütün amacım dövlətimə layiqli vətəndaş olmaq, ölkəm üçün nələrsə etməkdir. Lakin bu gedişlə artıq bu mümkünsüz hala çevrilməkdədir. Mən lal, kar, kor ola bilmərəm! Xahiş edirəm, məsələyə bir əncam çəkəsiniz!

Qeyd edək ki, müraciət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının İnsan haqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və ölkədə fəaliyyət göstərən qadın hüquqlarını müdafiə təşkilatlarına ünvanlaınıb.


Xəbər 1094 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +