Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.01.2022  20:25 

Ramiz Mehdiyev və İsa Həbibbəyli məni öldürmək istəyirlər - Professor





A+  A-

Ramiz Mehdiyev və İsa Həbibbəyli məni öldürmək istəyirlər. Üstümə dəstə göndərilir, həyatımla və ailə-uşağımla təhdid olunuram. Təzyiq, təqib və hədələri, ölümümü reallaşdırmağı “yaxşılıq etmək”, “çox istəmək” görüntüsü ilə ört-basdır etməyə çalışırlar.

Səhhətim düzəlmir. Bir tərəfdən də poliklinikalarda keyfiyyətli yardım ala bilməyən 17 yaşlı övladımın baş beyin xəstəliyi (Son diaqnoz: Sol gicgah payda yan mədəciyin temporal buynuzu ətrafında 26x 17 mm ölçüdə kistik sahənin böyüməsi və həmin bölgədə hipokampus aspektdə atrofik dəyişikliyin olması). Haqqımı mənimsəyib bu yolla məni ortadan götürmək niyyətindədirlər.

Bilin ki, altınızdakı o milyonlar, əhli-əyalınıza yığdığınız mülk və sərvətlər mənim ailəm kimi minlərlə ailələrin, günahsız körpələrin, təbəssüm tumurcuqlarının, milli ruhlu gənclərin yaşam haqqıdır. O haqqı erməni oğurlaya bilməzdi.

Ey Ramiz Mehdiyev, ey İsa Həbibbəyli və ey onların əmrini canla-başla icra edən qəlbsizlər və vicdansızlar! Bütün həqiqətləri və mənim sizin əməllərinizi ifşa etməyimin doğruluğunu bildiyiniz halda mənəvi-psixoloji hücumu gücləndirmək əmrini verirsiniz.

Bununla da, siz azərbaycanlı ailələrin xarici düşmənin edə bilməyəcəyi sakit soyqırımını həyata keçirirsiniz. Qaytarın o milyonları xeyriyyə fondlarına, öz sahiblərinə! Məsum körpələri beşikdə ikən boğmayın! Anaları, gəlinləri, qızları gözüyaşlı, ürəyidağlı qoymayın! Dövlətdən, qanundan qorxmursunuz, barı Allahdan qorxun! Sizin, o haram pulları gizlincə xərcləməyə, övladlarınıza qan içizdirməyə, kiməsə “yaxşılıq” etməyə heç bir mənəvi və hüquqi haqqınız yoxdur!



Bütün bunları bildiyiniz halda, İdris Abbasova qarşı hücumu gücləndirmək əmrini verirsiniz. Ramiz Mehdiyevdən təlimat alan İsa Həbibbəyli əmr icraçılarına:

“Siz İ.Abbasova təzyiq edin, mətbuatı mən yola verəcəyəm” düşüncəsi ilə idbar taktikaya əl atır, “İdris Abbasova yaxşılıq edirik” deyib aləmə car çəkir, ictimaiyyəti aldatmağa çalışır. Məqsəd İ.Abbasovu ya öldürmək, ya da Ramiz Mehdiyevin prezidentlik etdiyi “Akademiya dövləti”ndən sürgün etməkdir. Həmin “dövlət”in prezidenti, öz qaydaları, “Rəyasət Heyəti” adlı qanunverici orqanı, icra və məhkəmə funksiyalarını yerinə yetirən “Elmi şuralar”ı, “Həmkarlar təşkilatları” və digər üstqurumları vardır. Səlahiyyət və vəzifələrin xarakteri baş akademikin əmr və sərəncamları ilə tənzimlənir...

Bəyan edirəm: Başıma bir iş gələrsə, bunun məsuliyyəti neçə illərdir akademiyadakı qanunsuzluqları ifşa etməyimin intiqamını almaq eşqi ilə alışıb-yanan akademiyanın prezidenti Ramiz Mehdiyev, vitse-prezident İsa Həbibbəyli və onların əmrini icra edib məni təhdid, təzyiq və təqiblərə məruz qoyanlardır.

Prezidentinə inamımı itirməyənə qədər tutduğum doğru yoldan dönməyəcəyəm!

Üstümə dəstə ilə gəlməyin və unutmayın ki, dövlətin həm də fərdin hüququnu qorumaq öhdəliyi vardır!



Xəbər 1182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +