“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.07.2018  17:17 

“İqtidarın siyasi iradəsi möhkəmdir” - İlham Əliyev





A+  A-

“Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizdir”.
XəzərNews.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib.
Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.
Nəşrdə, həmçinin dövlət başçısının yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudi icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri, “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılarına məktubları və digər müraciətləri yer alıb.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin İsmayıllı, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin mətnləri verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

Xəbər 828 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +