“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.09.2017  22:31 

Azərbaycanda baytar məktəb direktoru təyin olundu - İddia





A+  A-

İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə “AzNews.az”a sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib.

Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır:

“O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim qoyub. Bundan başqa o, həm də dil-ədəbiyyat müəllimi işləyir. Bu ixtisasla bağlı isə onun qanuni diplomu yoxdur. Saxta diplomla işləyir. Onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”.

Zaur Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: “Məktəbdə özbaşınalıqdır, kimin gəldi adını yazıb ştat doldurub. Mənim övladlarım orada oxuyur və bizi narahat edir. Mala- qoyuna iynə vuran adam necə dərs keçə bilər? Belə təhsil olar? Narazılıq edəndə də bildirir ki, “pulumu verib direkor olmuşam. Heç kəs məni işdən çıxara bilməz”.

Məsələ ilə bağlı İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov isə Sarıxanlı kənd 1 nömrəli orta məktəbin direktoru Sahil Vəliyev barəsində dediyi bütün iddialarə əsassız hesab edir: “Sahil Vəliyev həmin məktəbdə direktor müavini işləyirdi. Qanuna əsasən direktor işdən çıxanda müavin direktor əvəzi təyin edilir. Sahil Vəliyev baytar deyil”.

Xəbər 1171 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +