“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.08.2017  14:29 

Qurbandan rekord - Simeoneni “taxtdan saldı”





A+  A-

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.
XəzərNews.az xəbər verir ki, ÇL-in qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi “Atletiko”nu çalışdıran Dieqo Simeoneni geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadır. 3-cü yerdə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisi - Simeonedən 3 il geri qalır.

İlk altı pilləni təqdim edirik:

Qurban Qurbanov (Qarabağ) - 4 avqust 2008-ci il
Dieqo Simeone (Atletiko) - 23 dekabr 2011-ci il
Maurisio Poçettino (Tottenhem) - 27 may, 2014-cü il
Leonardo Jardim (Monako) - 10 iyun, 2014-cü il
Massimiliano Alleqri (Yuventus) - 16 iyul, 2014-cü il
Maurisio Sarri (Napoli) - 12 iyun, 2015-ci il

Xəbər 1055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +