“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.07.2017  18:23 

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu





A+  A-

Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənilməsi layihəsi ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyaların təsirindən son anda xilas olub.
Bu, Avropa Komissiyası rəsmilərinin və Vaşinqton lobbiçilərinin gərgin çalışmalarının sayəsində qanun layihəsinin iyulun 25-də Konqresin Nümayəndələr palatasında səsverməyə çıxarılmasından dəqiqələr əvvəl baş tutub.

Xəbər verildiyi kimi ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsinə əsasən Rusiyanın energetika şirkətlərinin iştirak etdiyi layihələr sanksiyaların təsiri altına düşür. Qanun layihəsinin əvvəlki variantına əsasən ”Şahdəniz” yatağı da bu sanksiyalara məruz qala bilərdi, çünki Rusiyanın “Lukoil” şirkəti layihədə 10 faiz səslə təmsil olunur.

Lakin ötən gün məlum olub ki, qanun layihəsinin səsvermədən keçən son variantında “Şahdəniz”i sanksiyalardan xilas edən düzəliş var. Belə ki, Rusiya şirkətlərinin azı 33 faiz payla təmsil olunduğu layihələr ABŞ-ın sanksiyalarının təsiri altına düşür.

“Politico” yazır ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Vaşinqtonu sanksiyaların Avropanın energetika təhlükəsizliyinə zərər vurmasının qarşısını almaq üçün “dərhal, bir neçə gün içində hərəkətə keçəcəkləri” haqda xəbərdar edib. Eyni zamanda Vaşinqtondakı Avropa lobbiçiləri, Avropa Komissiyasının məmurları hər iki partiyadan olan konqresmenlərlə gərgin danışıqlar apararaq qanun layihəsində son dəqiqələrdə düzəliş edilməsinə nail olublar.

“Biz son beş həftə ərzində Vaşinqtondakı Avropa nümayəndə heyəti və səfirliklərlə sıx əlaqədə idik”-demokrat senatorlardan birinin köməkçisi bildirib. Mənbə deyib ki, səsverməyə az qalmış Aİ qanun layihəsinə düzəlişlər edilməsinə nail olub, ora sanksiyaların həyata keçirilməsini Avropa ilə uzlaşdırmaq barədə bənd də əlavə edilib.
“Qanun layihəsinin əvvəlki variantında göstərilirdi ki, Rusiya şirkətlərinin hətta cüzi payla təmsil olunduğu layihələr belə sanksiyaların təsiri altında qalacaq. Bu, Aİ-nin energetika şaxələndirilməsi üçün vacib olan layihələri, məsələn Azərbaycanın “Şahdəniz-2” layihəsini təhlükə altında qoyurdu. Çünki Rusiyanın “Lukoil” şirkəti layihədə 10 faiz payla təmsil olunur”-mənbə bildirib.

Brüsseldəki mənbə isə deyib ki, qanun layihəsində düzəlişlərin edilməsi üçün Almaniya xüsusi səylər göstərib.

(virtualaz.org)

Xəbər 1195 dəfə oxunub.




22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +