Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


20.08.2018  16:48 

AAK-da ziddiyyətlər dərinləşir – Nazim İbrahimov yaranmış sabitliyi pozmaq istəyir?





A+  A-

Avropa Azərbaycanlıları Konqresinin (AAK) I vitse-prezidenti Füzuli Məmmədov (Frenk Elkaponi) vəzifəsindən kənarlaşdırılıb.
Yenicag.az-a AAK-dan daxil ola məlumata əsasən, bu barədə qərar İdarə Heyətinin dünən keçirilmiş iclasında qəbul edilib.
Qərarda Füzuli Məmmədovun AAK-dan uzaqlaşdırılmasının əsas səbəbi kimi onun pozuculuq fəaliyyəti və Nizamnamənin tələblərini pozması göstərilib.
Ancaq özəl mənbələrdən XəzərNews.az-a daxil olan məlumata görə, Avropa Azərbaycanlıları Konqresi daxilində baş verən ziddiyyətlər daha da şiddətlənib və qrumu maliyyə ilə təmin edən Füzuli Məmmədovun AKK prezdenti vəzifəsini icra edən Sahil Qasımovla bağlı açıqlamaları F.Məmmədovun AAK-ın I vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnib. Belə ki, Sahil Qasımov və tərəfdarları idarə heyətinin toplantısını çağıraraq Füzuli Məmmədovu birinci vitse-prezidentlik vəzifəsindən azad ediblər. Bildirilir ki, konqres daxilində baş verən ziddiyyətlərin səbəbi qrum daxilindəki korrupsiya faktları və Sahil Qasımovun separatçı “KATALON” rəsmiləri ilə görüşməsidir. S. Qasımovun özbaşına və yanlış qərarları da narazılıqları pik həddə çatdırıb.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, AAK yarandığı dövrdən bugünədək F.Məmmədovun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərib. Belə ki, Hazırda F.Məmmədova qarşı mübarizə aparan S.Qasımovun bir neçə müraciəti əsasında F.Məmmədov ayrı-ayrılıqda 100 min avroya qədər AAK-ın fəaliyyətinə vəsait ayırıb. Bu vəsaiti S.Qasımov F.Məmmədova ünvanladığı məktublarında tələb edib.



Avropa Azərbaycanlıları Konqresinin saxlanılmasına və Avropada keçirilən tədbirlərə maliyyə vəsaiti ayırması üçün Sahil Qasımov Füzuli Məmmədova müraciət edib və F.Məmmədov da bu müraciətlər qarşılığında AAK-a pul ödəyib.
Saytımıza daxil olan sənəddə də göstərilir ki, həqiqətən də S.Qasımov F.Məmmədovdan pul istəyir və digər bir sənəddə də göstərilir ki F.Məmmədov AAK-ın saxlanılmasına 20 000 avro pul ayırıb.
Lakin bütün bunlara baxmayaraq Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun nəzarəti altında olan AAK və Sahil Qasımovun Füzuli Məmmədovla yanaşı diaspora komitəsindən də “maliyyələşdirildiyi” vurğulanır. Belə ki, AAK tədbirlərin keçirilməsi üçün Füzuli Məmmədovdan pul almaqla yanaşı həm də Nazim İbrahimov da Diasporla İş Üzrə Dövlət Komitəsinin xətti ilə pul ayıraraq guya AAK-ın maliyyələşdirilməsində dövlətin də iştirak etdiyini bəyan edib. Əslində isə, Nazim İbrahimovun AAK üçün dövlət büdcəsindən ayırdığı pulları mənimsədiyi iddia olunur və həmin pulların N.İbrahimovla S.Qasımov tərəfindən “xərcləndiyi” bildirilir.



Qeyd edək ki, saytımıza daxil olan məlumatda bildirilir ki, Avropa Azərbaycanlıları Konqresinin daxilində olan ziddiyyətlərin qızışmasında birbaşa Nazim İbrahimovun əli var. Çünki Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin olunan Fuad Muradovun fəaliyyəti nəticəsində diaspor quruculuğu sahəsində formalaşan mövcud sabitliyi N.İbrahinov həzm etmək istəmir və bunun da nəticəsi olaraq AAK-ın fəaliyyətinə xələl gətirərək diaspor sahəsində yaranmış bu sabitliyi pozmaq istəyir.


Xəbər 2181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +