Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


10.12.2018  14:07 

Şahbaz Quliyevin qardaşı: “...quru nəfəsləri qalıb”





A+  A-

5 ilə yaxındır erməni girovluğunda saxlanılan azərbaycanlılar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə geri qaytarılması gün keçdikcə müşkülə çevirilir. Azərbaycan hökuməti onların qaytarılması üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikola Paşinyan "Azərbaycan tərəfinin hamının hamıya" təklifini etdiyini də etiraf edib. Amma nəticə Ermənistan tərəfinin aparadığı "siyasət" səbəbilə dəyişməz olaraq qalır.
Ailələrinin Şuşa türməsində saxlanılan azərbaycanlıların səhhəti ilə ciddi narahatlıqları var. Yaxınları buna əsas kimi onlardan hər hansı məktub, videozəng, foto almadıqlarını bildirirlər.

XəzərNews.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova modern.az-a bildirib ki, saxlanılan şəxslərlə bağlı məlumatlar ailələrinə mütəmadi olaraq çatdırılır:

"Amma bu məlumatlar sırf ailəyə məxsus olduğundan, onun hansı növə məxsusluğunu ictimaiyyətə açıqlamırıq".

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov modern.az-a deyir ki, 1 ildən çoxdur atasından hər hansı məlumat almır:

"Sonuncu dəfə 2017-ci il noyabrın 1-də atam tərəfindən yazılan məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə təqdim edib. Həmin vaxtdan sonra nəinki foto, video, heç informasiya xarakterli məktub da almamışam. Ancaq şifahi şəkildə "yaxşıdır" məlumatını almışıq. Ümumiyyətlə, indi atamın xarici görünüşü necədir, təsəvvür belə edə bilmirəm".

Şahbaz Quliyevin qardaşı İlham Quliyev də Modern.az-a təxminən eyni sözləri söyləyir:

"5-6 aydır heç məktub da almırıq. Şəkil, video kimi məlumatlar ümumiyyətlə çatdırılmayıb. Bildiyim odur ki, eləcə quru nəfəsləri qalıb. Onun da şəklini necə çəksinlər..".

2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub.

"Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də saxlanılır.

Xəbər 1358 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +