Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


07.10.2019  17:04 

Naxçıvan sakinlərindən şikayət - AZAL cənazələri də tərəziyə qoyub çəkir





A+  A-

Bakıda vəfat edən Naxçıvan Muxtar Respublikasının sakinlərinin doğma el-oasına aparılıb dəfn olunmasında böyük problemlər var.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı "Hürriyyət” qəzeti yayıb. Yazıda qeyd edilir ki, xaricdə vəfat edənlərin cənazələri heç bir problem olmadan Bakıya gətirildiyi halda, bəzən Naxçıvana cənazə aparmaq böyük müşkülə çevrilir. Buna problem yaradan isə AZAL-ın yaratdığı sərt qaydalardır. Yazıda qeyd olunur:

"Əksər hallarda mərhum yaxınlarına bilet tapılmır. Ölüsünü təyyarə ilə göndərənlər isə Muxtar Respublikaya avtobusla qayıtmalı olurlar. Cənazələri yük yerlərindən "kiçik torpaq”da yaşayan qonşular və ya tanışlar alır, ölənlərin qohumlarının gəlib çatmasını gözləyirlər. Beləcə, dəfnlər də yubanır”.

Qəzetə müraciət edən şikayətçilər deyib: "”Cənazəni aparırsan, sənədləri təftiş olunur, "neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur". Ölünü tərəzidə çəkib yaxınlarından pul tələb etməyin insanlar arasında necə ciddi narazılıqlar yaratdığını ifadə etmək çətindir.

Cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsinin tələb olunması da matəm iştirakçılarını qəzəbləndirir. Çünki gecənin bir yarısında bu tabutların tapılması asan deyil. Üstəlik, vəziyyətdən istifadə edən bəzi işbazlar dəmir tabutları baha qiymətə ölü yaxınlarına sırıyırlar.

Müstəqilliyimizi qazandıqdan sonra Naxçıvanda yaranmış çətin vəziyyət onminlərlə sakinin bu diyarı tərk etmələrinə yol açıb. Dolayısıyla Naxçıvana gətirilən ölü sayı da çox olur və bu məsələyə indiyədək çözüm gətirilməsi insanları öz dövlətlərindən incik salır.

Acınacaqlıdır ki, ölü sahiblərinin Naxçıvan və Bakı aeroportlarında yaşadığı bu dram dəfələrlə mətbuat səhifələrində işıqlandırılıb. Hətta millət vəkilləri səviyyəsində Naxçıvan ölülərinin başına gətirilən bu müsibətlər etiraf olunub.

Problem isə həll olunmur ki, olunmur. Görünür, ona görə ki, naxçıvanlıların ölüsü də kimlər üçünsə yaxşı qazanc mənbəyidir”.

Onu da qeyd edək ki, cənazələrin Naxçıvana aparılmasına yaradılan problemlər üzündən Bakının müxtəlif ərazilərində Nazçıvanın ayrı – ayrı rayonları özləri üçün qəbristanlıq salmağa məcbur olublar.

Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +