Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


02.05.2018  16:38 

MŞ-nın Şikayətlər üzrə Komissiyasının iclası keçirilib





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
XəzərNews.az-ın məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistləri Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda öncə Gədəbəy rayon sakini Məzahət Mahmudovun özünü jurnalist kimi qələmə verən Gədəbəy rayon sakini Fəqani Hüseynova qarşı şikayəti araşdırılıb. Komissiya üzvləri bildiriblər ki, şikayət buna səbəb olan materialın cavabdeh media orqanında dərc edilməsi, yaxud yayımlanması prinsipi ilə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əsasən dəyərləndirilir. Fəqani Hüseynovun dərc edilmiş və ya yayımlanmış yazısı olmadığından Şikayətlər Komissiyası dəyərləndirmə aparmır. Cavabdeh kimi göstərilən şəxsin başqa qanundankənar əməlləri varsa, bu barədə ölçü götürmək hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Mövcud istiqamətdə şikayətçi tərəfə konkret tövsiyələr verilib.

Komissiya üzvləri Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun bir qrup xəbər portalına qarşı müraciətini nəzərdən keçirərək belə rəyə gəliblər ki, materialları şikayət doğurmuş kütləvi informasiya vasitələri 22 nömrəli məktəbdə şagirdin zorakılığa məruz qalması xüsusunda xəbər hazırlayarkən, AJPDQ-nın prinsiplərini pozmayıblar. Onlar şagirdin valideyninin verdiyi xəbərlə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və hüquq-mühafizə orqanlarının da mövqeyini öyrəniblər. KİV-lər balans prinsipini qorumaqla xəbərin yanlışlığına aydınlıq gətiriblər. Cavabdeh media orqanlarının iclasda iştirak edən təmsilçiləri təhsilimizin inkişafına dəstək vermək naminə 22 nömrəli məktəb adına yayılmış yanlış informasiyanın nəticələrinin aradan qaldırılmasına dəstək verəcəklərini də bildiriblər.

Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsinin sakini Nağı Allahverdiyevin Baku Press Milli İnformasiya Agentliyinin təsisçisi Şəfəq Ağabalayevaya qarşı şikayətinə baxan komissiya üzvləri şikayətçi tərəfin yetərli dəlillər təqdim etməməsini, həmçinin, Komissiyanın müzakirəsinə qatılmayaraq mövqeyini əsaslandırmamasını nəzərə alaraq şikayəti geri qaytarıblar.

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin “Nyus.az”saytı ilə bağlı müraciətinin araşdırılması tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunması ilə yekunlaşıb.




Xəbər 1027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +